Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


30.04.2017  14:23 

PA-nın sektor müdiri bələdiyyələrə irad bildirdi





A+  A-

“2016-cı ildə 68 şəhər bələdiyyəsi tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 19 istiqamətdə, 409 layihə üzrə, 3.799.002 manatlıq sosial layihələri, 141 qəsəbə bələdiyyəsi tərəfindən 599 layihə üzrə 2.866.997 manatlıq müxtəlif xarakterli sosial layihələri, 1227 kənd bələdiyyəsi tərəfindən isə 21 istiqamət üzrə ümumi dəyəri 5,9 milyon manatdan çox olan müxtəlif xarakterli layihələr icra olunub. Layihələr əsasən abadlıq və quruculuq, bələdiyyə yollarının saxlanılması və sosial humanitar məsələləri əhatə edib.
Diqqəti çəkən məqam odur ki, bu qədər layihə icra olunub, ancaq ictimaiyyətin bundan xəbəri yoxdur. Nəyə görə, hansı səbəbə bələdiyyələr fəaliyyətlərini, gördüyü işləri, həyata keçirdikləri layihələri təbliğ etməyə maraq göstərmirlər?”

XəzərNews.az Belediyye.info-ya istinadən xəbər verir ki, bu fikirləri Prezident Adminstrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov bələdiyyələrin milli assosiasiyalarının hesabat yığıncaqlarında bildirib.

O, bildirib ki, bu gün bələdiyyələrin fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılmasına, eyni zamanda maliyyə resurslarının verilməsinə baxmayaraq, bir çox bələdiyyələr fəaliyyətlərini günün tələbi səviyyəsində qura bilməyib:

“Ancaq bələdiyyələr həyata keçirilən layihələri, ümumilikdə mövcud fəaliyyəti, təbliğ etməklə seçici-bələdiyyə münasibətlərinin tənzimlənməsinə şərait yaratmış olacaqlar.

Bu gün Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sistemi (BAMS) yaradılıb. Hazırda bələdiyyələr tərəfindən 605.051 nəfər tədiyəçi haqqında məlumat yerləşdirilib. Bu böyük rəqəmdir. Nəzərə alaq ki, bu prosesə ötən ilin oktyabr ayından start verilib. Bu istiqmətdəki sürəti artırmalısınız ki, əldə etdiyiniz maliyyə vəsaitiylə daha çox layihələrin icrasını reallaşdırasınız. Bununla sizə səs vermiş seçicinin etimadını doğrultmuş, rəğbətini qazanmış olacaqsınz.

BAMS-ın üstünlüyü bir də ondadır onu digər proqramlarla gələcəkdə inteqrasiya etmək mümkün olacaqdır.”

Adminstrasiya rəsmisi bələdiyyələri daha fəal olmağa səsləyib:

“Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosail iqtisadi inkişaf” Dövlət Proqramının üçüncü ilinin icrasıyla bağlı keçirilən müşavirədə cənab prezident qeyd etmişdir ki bizim siyasətimizin başlıca məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır.

Dövlət Başçısının qeyd etdiyi bu inkişafda sözsüz ki, bələdiyyələrində rolu olmalıdır. Qeyd olunan məqsədə çatmaq üçün bələdiyyələr də mövcud olan çatışmazlıqların aradan qaldırılması, onların fəaliyyətinin təkmilləşdirilməsi, yerlərdə əhalinin qarşılaşdığı sosial problemlərin həllində yaxından iştirakını təmin edilməlidir”.

Hesabat yığıncaqlarındakı çıxışlarında BAMS-ın əhəmiyyətini vurğulayan E.Eyvazov bildirib ki, Azərbaycan bələdiyyələrinin qarşılaşdığı problemlərin aradan qaldırılmasında, habelə vergi və ödənişlərin uçotunun aparılmasında, tədiyyəçilərlə ünsiyyətin daha sivil formada qurulmasında, şəffaflığın təmin olunmasında Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən istifadəyə verilən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının xüsusi önəmi var: “Ötən ilin oktyabrından istifadəyə verilən proqramın bələdiyyələr üçün mühüm əhəmiyyəti vardır. Bu proqramın bir sıra bələdiyyələr tərəfindən istifadəsində müəyyən çətinliklər olsa da, nəticə etibariylə az müddətdən sonra yerli özünidarəetmə orqanları onun bəhrəsini görəcəklər və fəaliyyətlərində hiss edəcəklər”.

E.Eyvazovun sözlərinə görə, bu gün milli assosiasiyalar BAMS proqramının yerlərdə daha geniş şəkildə təbliğiylə bağlı görüşlər keçirməyi nəzərdə tutmalı, proqramın geniş tətbiqinə nail olmalıdırlar.

Ötən ilin sonlarında assosiasiya əməkdaşları səkkiz regionda belə zona müşavirələri keçiriblər.

Lakin bugünkü müzakirələr göstərir ki, bələdiyyələrin maarifləndirilməsi bundan sonra davam etdirilməli, yerli kadr bazasının hazırlanması sistemli şəkildə davam etdirilmlidir.

Bununla yanaşı bələdiyyə sədrləri də öz növbələrində bələdiyyə üzvlərinin iştirakıyla sakinlərlə daim ünsiyyətdə olmaqla, vergi ödənişiylə bağlı əhali narahat edən məsələlərə aydınlıq gətirməlidirlər.

E.Eyvazov çıxışında yerli vergi və ödənişlərin onlayn rejimində daha geniş formatda həyata keçirilməsi imkanlarının yaradılmasının Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında” həyata keçirilməsinin təmin edilməsi artıq nəzərdə tutulduğunuda qeyd edib.

Xəbər 1445 dəfə oxunub.



29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +