İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


27.04.2017  12:23 

Azərbaycanda dolları 2 manata aparan PROSES





A+  A-

Fuad İbrahimov: “Sosial narazılıqla qarşılaşa bilərik”
Belə bir fikir formalaşıb ki, ölkəmizdə keçiriləcək beynəlxalq yarışlar bitəndən sonra dollar 2 manatadək bahalaşacaq.Ötən gün Milli Məclisin deputatı Vahid Əhmədov da bildirib ki, manat sentyabr ayından etibarən kəskin dəyər itirə bilər. Onun sözlərinə görə, Azərbaycanda İslam Oyunları, “Formula 1” yarışları keçiriləcək, gələn turistlərin sayı həddindən artıq çox olacaq: “Dolların ucuz olması bizə sərf edir ki, turistlərdən dollar ucuz qiymətə alınsın. Amma ümumi götürəndə real sektorun inkişafı üçün, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır. Hesab edirəm ki, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək, ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq”.
İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, iqtisadiyyatın terminologiyasında da, nəzəriyyəsində də milli valyutanın məzənnəsini formalaşdıran konkret amillər var:



“Bir var şayiə buraxasan ki, beynəlxalq oyunlardan sonra dollar ucuzlaşacaq, yaxud möhkəmlənəcək. Bunlar əsassız fikirlərdir.Ümumiyyətlə, bu nəzəriyyəyə iqtisadi elmin əsasları ilə yanaşanda, o amillər manatın xeyrinə deyil.Bu nöqteyi-nəzərdən tam əminliklə deyə bilərəm ki, manat hələ öz layiqli yerini tapmayıb.Bura idxal, ixrac əməliyyatları, makroiqtisadi göstəricilər də daxildir.Əgər biz bu məsələ ilə bağlı institusional səviyyədə yanaşmalarımızı düzgün etsək, vəziyyətdən çıxmaq mümkündür.Bu gün Vahid Əhmədovun da, eləcə də digər iqtisadçı həmkarlarımızın da fikirləri ilə tamamilə razıyam. O baxımdan ki, manat kəskin dəyər itirə bilər. Manatın məzənnəsinin hazırkı vəziyyətini daha çox Mərkəzi Bankın stimullaşdırıcı alətləri hesabına saxlanılır.Bu, faktdır”.

İqtisadçı onu da qeyd edib ki, makroiqtisadi səviyyədə irəliləyiş olmasa, dolların 2 manatı keçməsinə heç bir şübhə qalmır:

“Hökumətin əlində müxtəlif təsiredici alətlər var. Ola bilər ki, 1.80 manatdan yuxarı qalxmağa imkan verməsinlər və uzun müddət makroiqtisadi tarazlığı bərpa edənə qədər də bunu saxlasınlar. Ancaq bunu öz axarına buraxsaq ki, manat öz məzənnəsini tapsın, onda dolların 2 manatı keçməsinə heç şübhəniz olmasın. Hesab edirəm ki, qısa zamanda iqtisadiyyatımız özünü tənzimləyəcək.Hansısa stimullaşdırıcı alətlərdən istifadə edib iqtisadiyyatdakı sağlam mühiti bərqərar etmək olar.Əgər dollar 2 manatdan yuxarı qalxarsa, sosial narazılıqla qarşılaşa bilərik.Çünki ölkənin ərzaq məhsullarına olan tələbatı idxal amilindən asılılığı yüksək səviyyədədir”.

Fuad İbrahimovun qənaətincə, valyutanın möhkəm olmasının iqtisadiyyata dərindən xeyri yoxdur:

“Manatın 0.78 qəpik olan dövrlərində peşəkar iqtisadçılar təklif edirdilər ki, manatın yumşalmasını təmin etmək lazımdır. Məsələn, dollarla olan prioritet yaransaydı, bu, bizimin iqtisadiyyata stimullaşdırıcı amil kimi təsir edərdi.Buna görə də, optimal rəqəm götürülməlidir. Hesab edirəm ki, əgər bizim iqtisadiyyatımız sağlamlaşdırılsa, daxili istehsal gücləndirilsə, ərzaq təhlükəsizliyi bərqərar edilsə və eyni zamanda insanların əməkhaqqısı standartlara uyğun olsa, manatın hazırkı məzənnəsi müstəqillik dövründə ən sağlam və optimal səviyyə ola bilər. Ancaq bu amillər olmadığı halda şübhəsiz ki, manatın bu məzənnəsi əlverişsizdir”.

Ekspert beynəlxalq yarışlar ərəfəsində dolların ucuz olmasının ölkə iqtisadiyyatına sərf edən məqamlarına da toxunub: “Turistlərin dolları ucuz qiymətə alması və daha sonra məzənnənin qalxması ciddi fikir deyil. Dolların məzənnəsinin qalxması da, enməsi də elə bir məna daşımır.Şübhəsiz ki, bu, gələn qonaqlara sərf edir.Onlar nə qədər valyuta dəyişəcəksə, o qədər da çox milli valyuta əldə edəcək.Əgər o dövrdə xidmət haqları artmayacaqsa, şübhəsiz ki, daha çox imkanlar əldə edəcəklər”.

(cebhe.info)

Xəbər 1919 dəfə oxunub.




22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +