“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


20.04.2017  11:16 

Yaz-yay aylarında temperatur normadan yüksək olacaq





A+  A-

Bu il yaz-yay (aprel-may-iyun) mövsümü ərzində yağıntılarının miqdarının çoxillik normaya yaxın və az, havanın orta temperaturunun isə normadan 0,5-1 dərəcə yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu hazırlanıb.
2016-2017-ci illərin qış dövründə Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və qismən də dağətəyi zonalarında qar örtüyünün yaranması prosesi ötən illərdən fərqli olaraq artıq oktyabr ayının 17-19-dan başlayaraq müxtəlif fasilələrlə ayın 3-cü ongünlüyündə və noyabr ayının 3-cü ongünlüyünün 1-ci yarısında davam edib. Dekabr, yanvar və fevral ayının 1-ci yarısında dağ və dağətəyi zonalarda sabit qar örtüyünün əmələ gəlməsi düşən qar hesabına daha çox olub. Həmin müddət ərzində yüksək dağlıq ərazilərdə havaların şaxtalı keçməsi qar örtüyünün qalmasına şərait yaradıb ki, bu da təbii olaraq gursululuq dövrünün formalaşmasında əsas rol oynayacaq.
Lakin mart ayının mülayim keçməsi və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub, nəticədə qar ehtiyatı azalıb.
Bu il Böyük və Kiçik Qafqazın çay hövzələrində aparılan qarölçmə işlərinin nəticələri onu göstərir ki, yağan qar həm çoxillik normadan, həm də keçən il ilə müqayisədə çox olub.

Kür çayından Şəmkir su anbarına axımın normanın 57-80, Qanıx çayından Mingəçevir su anbarına axımın normanın 55-82, Araz çayından Araz su anbarına axımın isə normanın 34-60 faizini təşkil edəcəyi gözlənilir.

Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki,Oğuz-Qəbələ) yamacı çaylarında sululuğun çoxillik normanın 80-105, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacı çaylarında 63-90, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında 75-100, Naxçıvan MR və Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 45-85 faizini təşkil edəcəyi gözlənilir.

Bu il qar ehtiyatının normadan çox olmasına və yaz (aprel-may-iyun) yağıntılarının normadan əsasən az gözlənilməsinə baxmayaraq, gursululuq dövrünün ayrı-ayrı günlərində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

Bu il respublikanın daxili çay hövzələrində qarda olan su ehtiyatı çoxillik normadan çox olsa da, mart ayının mülayim olması və ayın 3-cü ongünlüyündə temperaturun yüksələrək nisbətən isti keçməsi orta və qismən yüksək dağlıq ərazilərdə qar ehtiyatının tədricən əriməsinə səbəb olub və nəticədə qar ehtiyatı azalıb.

Qonşu Gürcüstan (Kür və Qanıx hövzələri) və Türkiyə (Kür və Araz hövzələri) ərazilərində qarda olan su ehtiyatı çoxillik normadan az olub.

Yaz-yay (aprel-may-iyun) yağıntılarının miqdarının çoxillik normaya yaxın və az, havanın orta temperaturunun isə normadan 0,5-1 dərəcə yüksək olacağı gözlənilir.

Qeyd olunanları nəzərə alaraq əldə olunan məlumatlara, aparılan hesablamalara və kompleks məlumatların təhlilinə əsasən, bu ilin gursululuq dövründə Böyük və Kiçik Qafqazın çaylarında sululuğun normaya yaxın və bir qədər az, Naxçıvan MR, Lənkəran-Astara bölgəsi və iri tranzit çaylarda isə normadan əsasən az olacağı gözlənilir.

Xəbər 1355 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +