Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


19.04.2017  15:36 

Qızılı bahalaşdıracaq üç obyektiv amil





A+  A-

Son üç həftə ərzində dünya bazarında qızılın kəskin bahalaşması müşahidə olunur. Nəticədə martın ortalarından başlayaraq qızılın 1 unsiyasının qiyməti 56,6 dollar və ya 4,7% artıb. Bununla da qiymətlər ötən ilin noyabrın əvvəlinin səviyyəsinə qalxıb.
Qızılın bahalaşmasının hər hansı fundamental səbəbi yoxdur, amma birja iştirakçılarının qızıl üzrə qiymətli kağızlara, ölkələr və fondların isə qızıl külçələrə tələbatı kəskin artırmaqdadır. Bu amil dünyada həm iqtisadi, həm də siyasi qeyri-müəyyənliklərlə izah olunur. Eyni zamanda qızıl bazarında qiymətlərin dinamikasına təsir edən fundamental amillər də var. “Thomson Reuters GFMS Gold Survey 2017” hesabatında bildirilir ki, ötən il ərzində qızıl üzrə birja alətlərinə investisiyaların həcmi 2009-cu ilin səviyyəsinə çatıb. Həmin il isə, məlum olduğu kimi, dünya iqtisadi böhranın ən kəskin illərindən biri olub. O zaman bütün investorlar, o cümlədən, portfel investorları vəsaitlərini adi fond alətlərindən (əsasən, səhm, istiqraz) çıxararaq, qızıl üzrə alətlərinə yönəldirdi. Çünki qeyri-müəyyən iqtisadi vəziyyət zamanı, xüsusən də böhran zamanı investorlar ən təhlükəsiz aktiv olan qızılı almağa üstünlük verir.

Hesabata əsasən, qızıla investisiyalardan fərqli olaraq, zərgərlik məmulatlarına tələbat azalıb ki, bu da istehsalın ötən il ərzində 21 faiz azalması ilə nəticələnib. Dünyada ötən il ərzində 1,891 ton zərgərlik məmulatları istehsal olunub ki, bu da 2009-cu ilin minimal göstəricidir. Ən kəskin azalma (-38%) Hindistanda müşahidə olunub, Çində azalma 17% təşkil edib. Əgər Hindistanda istehsal və tələbatın azalması daha çox inzibati qərarlarla bağlıdırsa, Çində bu, ilk növbədə istehlakçılar tərəfindən tələbatın azalması ilə izah olunur. Bundan əlavə iri qızıl istehlakçısı olan Rusiyada da 12 faiz tələbatın azalması baş verib. Mütəxəssislərin fikrincə, bütün bu amillər nəticəsində dünya qızıl bazarında ixrac axınların istiqamətləri dəyişib - qızılın Hindistana ixracı azalıb, Qərb istiqamətinə, ilk növbədə Londona isə qızıl ixracı artıb. Yəni, əksər banklar qızılın alışını artırıb və onu Londonda saxlamağa üstünlük verir. Daha bir maraqlı göstərici - ötən il qızıl hasilatının həcmi 3222 ton təşkil etməklə rekord səviyyəyə çatıb, amma eyni zamanda artıq iki ildir ki, artım tempi azalır. 2016-cı ildə hətta bu rəqəm 0,5 faizdən aşağı olub. Bu fakt mütəxəssislər tərəfindən belə bir proqnozun səsləndirilməsinə səbəb olub - 2017-ci ildə dünyada qızıl hasilatının azalması müşahidə oluna bilər.

Beləliklə, qızıl bazarına yaxın zamanlarda üç əsas amil təşkil edəcək:

Birincisi, gözlənilən amildir - hasilatın azalması və ya heç olmasa artım tempinin sıfıra enməsi. Bunun üçün əsaslar var, çünki yeni yataqlarından bazara tədarükün azalması tendensiyası müşahidə olunur.
İkincisi, həm fiziki şəkildə qızıla, həm investisiya məqsədi ilə qızıl üzrə investisiya alətlərinə tələbatın artması, daha dəqiq artım tendensiyasının qalması və güclənməsidir. Proqnozlara əsasən, bu il qızıl bazarında tələbat artacaq, çünki investorlar hələ də riskdən qaçmağa çalışır.

Üçüncüsü, ekspertlər hesab edir ki, Hindistanda mal və xidmətə verginin tətbiqi səbəbindən bazarın bərpası istisna deyil, çünki bu, qiymətlərin düşməsini dayandıracaq. Ümumilikdə, proqnozlaşdırmaq olar ki, yaxın bir-iki il ərzində həm investisiya, həm zinət məmulatların istehsalı üçün qızıla tələbat artacaq. Eyni zamanda sektor ilə yaxından tanış olan analitiklər hasilatın azalmasını proqnozlaşdırır ki, bu da təbii olaraq qiymətlərin qalxmasına səbəb olmalıdır.

Ortaillik proqnozlar belədir ki, bu il qızılın qiyməti təxminən 1260 dollar təşkil etməlidir, amma ehtimallar var ki, qiymət bu səviyyənin üstünə çıxa bilər. Belə ki, dediyimiz kimi son zamanlar qiymət artıb və hazırda 1257 dollar təşkil edir. Gələcəkdə isə dünya iqtisadiyyatında və siyasətində ciddi və mənfi proses və amillərin baş verəcəyi görünür. Üç əsas amil dünya iqtisadiyyatına təsir edərək, qızılın bahalaşması dəstək ola bilər. Qızıl o həddə bahalaşa bilər ki, 1260 dollarlıq səviyyə xəyal kimi görünər.
Birincisi, Brexit prosesidir. Bu proses sektora mütləq təsir edəcək, burada müzakirəlik bir şey yoxdur. Böyük Britaniyanın Avropa İttifaqından çıxması dünya miqyaslı prosesdir və dünya iqtisadiyyatında bütün iqtisadi göstəricilərin azalmasına səbəb olacaq.
İkincisi, ABŞ-da yeni iqtisadi siyasət həyata keçirilməsidir. Hazırda heç kəs dəqiq bilmir ki, bu siyasət nədən ibarət olacaq, hansı nəticələr verəcək, bu siyasət ümumilikdə, reallaşacaqmı? Bütün bu qeyri-müəyyənliklər investorlar arasında riskdən qaçma meylini yalnız gücləndirir.
Üçüncüsü, ABŞ və Rusiya arasında siyasi gərginliyin güclənməsi, hansı səviyyəyə kimi artacağı, ABŞ-ın Suriyada hərbi iştirakının hansı həddə qədər genişlənəcəyi və Rusiyanın bu prosesə hansı səviyyədə müqavimət göstərəcəyi ilə bağlıdır. Bu amillərin heç biri dünyada iqtisadi sabitliyin xeyrinə deyil. Sabitlik olmayanda isə investorlar risksiz investisiya seçir, risksiz investisiya isə qızıldır. Qızıla tələbatın artması isə qiyməti mütləq artıracaq.
Rəqəmli proqnozları vermək, əlbəttə ki, çətindir, amma müəyyən nisbi ehtimal söyləmək olar. Belə ki, cəmi üç həftə ərzində qızılın qiyməti 57 dollar bahalaşıb, halbuki bu zaman dünyada ciddi amillərdən yalnız Brexitin başlanmasını (hələlik real təsir başlamayıb), müəyyən qədər də ABŞ-Rusiya gərginliyi qeyd etmək olar. Amma əgər ilin sonuna kimi yuxarıda qeyd etdiyimiz amillər güclənərsə, qızılın qiyməti yalnız bahalaşacaq və ən azı 1300 dollar səviyyəsinə çatacaq.

(apa.az)

Xəbər 8242 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +