İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


18.04.2017  13:58 

Ordumuz İLKləri sınaqdan keçirir - “Təlimlər hər an döyüşlə əvəz edilə bilər”





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən aprel ayının 16-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər başlayıb. Təlimlər aprelin 21-nə kimi davam edəcək.
Təlimləri şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu dəfəki təlimlər o qədər də genişmiqyaslı deyil: "Biz ötən ilin noyabrın 12-dən 18-nə kimi bundan həm çəkisinə, həm də ağırlığına görə 2 dəfə böyük təlimlər keçirmişik. Həmin təlimlərə 60 min şəxsi heyət, 700 ağır texnika və xeyli canlı qüvvə cəlb olunmuşdu.

Bu il isə 30 minlik şəxsi heyət var. Amma bu il üçün bundan da daha ağır təlimlər nəzərdə tutulub. Yəni 2017-ci ilin təsdiq olunmuş planında miqyasına, şəxsi heyətinə görə təlimlərə daha çox hərbi texnika və canlı qüvvə cəlb ediləcək. Xüsusi təlimlər olacaq. Həmin təlim bu ilin ikinci yarısı üçün nəzərdə tutulub”.

Hərbi eskpertin sözlərinə görə, bu ilki təlimlərin özəlliyi var: "Özəlliyi ondan ibarətdir ki, ilk dəfə Azərbaycan Silahlı Qüvvələri çətin relyef şəraitində, və çətin keçirilən ərazilərdə öz hazırlığını yoxlayır. Bunlar dağlıq ərazilər, süni yaradılmış maneələr, texnikanın çətin keçə biləcəyi ərazilərdir. Bundan başqa, ilk dəfə bu təlimlərdə radio elektron mübarizə avadanlıqları istifadə olunur. Həmçinin, bu təlimlərdə ilk dəfə iştirak edən şəxsi heyət var. Onlar yaxın zamanlarda ön xətdə döyüş tapşırığının icrasına başlayıblar.

Hər halda komandanlıq əsgər və zabitlərin hazırlıqlarını yoxlayır və onların veriləcək tapşırıqların hansı müddətdə yerinə yetirilməsi ilə bağlı boş və bərk məqamlara diqqət edir. Bütün xidmət sahələri aprelin 21-nə kimi üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirməlidir”.

Üzeyir Cəfərov qeyd edib ki, bu təlimlər çox vəsait tələb edir: "Amma Azərbaycanın bu gün imkanları var ki, bu təlimləri də yüksək səviyyədə həyata keçirsin”.

Ü.Cəfərov hesab edir ki, bu təlimlər Ali baş komandan və ölkə rəhbərinin qərarına əsasən istənilən an və hər tapşırığın yerinə yetirilməsi ilə əvəz oluna bilər: "Əlbəttə ki, iş prosesində müəyyən nüanslar da olacaq. Lakin hər kəs məsuliyyətini dərindən anlayır. Çünki bu təlimlər Ali baş komandan və ölkə rəhbərinin qərarına əsasən istənilən an və hər tapşırığın yerinə yetirilməsi ilə əvəz oluna bilər. Bunu heç kim istisna edə bilməz”.

(bakipost.az)

Xəbər 1714 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +