“Qarabağ” qalib olsa, nə qədər qazanacaq?
Azərbaycanda bələdiyyə sədrləri cərimələndi
Prezident hərbçiləri təltif etdi - Adlar
Bakıda 3 avtobus xətdən kənarlaşdırıldı
Türkiyə Almaniyaya nota verdi
35 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi
Sabah külək əsəcək, yağış yağacaq
Bakının bu hissəsi yenə qazsız qaldı
Vergilər Nazirliyi “Turan”ın ofisində axtarışa başladı
“Müharibə qaçılmaz olacaq“

      

17.04.2017  12:18 

“Müraciət etməyin, yer yoxdur” - Bağçalarda gözdən pərdə asıb, arxada pul yığırlar





A+  A-

Uşaqların təlim-tərbiyəsində məktəbəqədər tərbiyə müəssisələrinin - bağçaların rolu danılmaz olsa da, Azərbaycanda bu sahədə mövcud vəziyyət o qədər də ürəkaçan deyil.
Valideynlər çox vaxt uşaqları bağçalara yerləşdirərkən çətinliklərlə üzləşirlər. Əsas çətinlik bağçalardakı sıxlıqla bağlı olur. Sıxlığın yaranmasına səbəb kimi isə uşaqların sayının çox, bağçaların sayının az olması göstərilir. Ümumiyyətlə, bu problem həm Bakıda, həm də digər şəhər və rayonlarda müşahidə olunur. Özəl bağçalarda isə ödənişlər yüksək olduğundan, valideynlərin çoxunun büdcəsinə uyğun gəlmir.
İndi dövlət bağçalarına uşaqların yerləşdirilməsi çox çətin proseslərdən biri olub. Uşağını bağçaya yerləşdirmək istəyən valideyn bunun üçün ən azı 300 manat xərc çəkməlidir. Halbuki, dövlət bağçalarına qəbul pulsuz olmalıdır.

XəzərNews.az məlumat verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə və təhsil eksperi Kamran Əsədov Modern.az-a bu məsələdən danışıblar.

Asim Mollazadə deyib ki, bağçalarda olan neqativ hallarla hüquq-mühafizə orqanları və Təhsil Nazirliyi mübarizə aparmalıdır.
“Hər hansı bir nöqsan aşkar edilən bağçalarla çox sərt mübarizə aparılmalıdır. Bu gün bağçalarla bağlı problemlər hamını narahat edir. Dövlət bağçalarında olan rüşvət faktları ilə bağlı sərt mübarizə aparılmalıdır. Günahkarlar öz cəzasını çəkməlidirlər. Əks halda, bu cür hadisələrin qarşısını almaq mümkün olmayacaq. Həmçinin, bağçalarda olan neqativ halların ortaya çıxarılması üçün dövlət orqanları ilə yanaşı, ictimaiyyət və media orqanları da əllərindən gələni etməlidirlər”.

Deputat bu gün Azərbaycanda uşaqların bağçaya cəlb olunma faizinin çox aşağı olduğunu qeyd edib

“Məktəbəqədər təhsil çox önəmli bir amildir. Uşaqların bağçalara icbari şəkildə cəlb edilməsi üçün müvafiq qərarlar qəbul edilməlidir. Artıq Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” qanun da qəbul olunub. Ölkə başçısı da son müşavirəsində bildirib ki, yeni inşa olunan binaların birinci mərtəbələrində, bütün binalarda bağçalar açılmalıdır. Bu da uşaqların bağçalara cəlb olunmasına müsbət təsir göstərəcək”.

Təhsil eksperti Kamran Əsədov da dövlət bağçalarındakı vəziyyətin qənaətbəxş olmadığını vurğulayıb.


“Buna təsir göstərən bir neçə məqam var. İlk növbədə onu deyə bilərəm ki, dövlət bağçalarında çalışan müəllimlərin 80 faizdən çoxu ya natamam, ya da orta təhsilə malikdirlər. Təəssüflər olsun ki, dövlət bağçalarında tədrisin səviyyəsi ciddi şəkildə aşağıdır. Sadəcə, bir tərbiyəçi müəllim 30-a yaxın şagirdi gün ərzində otaqda saxlamaqla məşğuldur”.

Təhsil eksperti Azərbaycanın dünya reytinq sırasında bağçalara cəlb olunmaya görə, ən aşağı yerlərdən birini tutduğunu bildirib.

“Yəni bizdə bağçalara cəlb olunma faizi çox aşağıdır. Bu tendensiya rayonlarda özünü daha çox göstərir. Hətta elə regionlarımız var ki, orada bağçaya cəlb olunma demək olar ki, yoxdur. Norveç, İsveç kimi ölkələrdə bütün bağçayaşlı uşaqlar 100 faiz olaraq məktəbəqədər təhsilə cəlb olunublar. Azərbaycan bu göstəricilərə görə, hətta Qazaxıstan, Latviya, Slovakiyadan da geri qalır”.

Ekspert deyir ki, valideyn uşaqlarını dövlət bağçalarına yerləşdirmək istəyəndə ondan 300-400 manat pul istəyirlər ki, bu, danılmaz faktdır.

“Hətta bu məsələ ilə bağlı mənə çox sayda müraciətlər də olub. Siz əgər bütün dövlət bağçalarının qarşısına getsəniz, orada qapılara, şüşələrə vurulmuş böyük bir elan görəcəksiniz: “Müraciət etməyin, yer yoxdur”. Amma siz hansısa yolla tanışlığınız varsa, hətta uşağı bağçaya gedən digər valideynin vasitəsilə bağçanın rəhbərliyi ilə əlaqə saxlasanız, nə qədər istəsəniz yer tapacaqsınız. Buna görə də hesab edirəm ki, bağçalara qəbul onlayn qaydada həyata keçirilməlidir. Ona görə ki, bağçada nə qədər yer varsa, dolandan sonra qəbul aparıla bilməsin. Bu gün bizim bağçalarımızda ən azı yaxın ərazilərdə yaşayan uşaqların yerləşdirilməsi üçün kifayət qədər yer var. Amma çox təəssüflər olsun ki, bağça müdirləri boş yerləri daimi qazanc bilirlər. Təkcə uşaqları bağçalara yerləşdirmək zamanı valideynlərin qarşısına tələblər qoyulmur. Hətta aylıq olaraq müəyyən məbləğlər də istənilir. Bundan əlavə, bayram günlərində məcburi şəkildə pullar yığılır”.

Ekspert bildirib ki, bağçadan tutmuş, ən yüksək ali təhsil müəssisəsinə qədər hamısı vahid qurumda birləşdirilməlidir.
“Əgər bu belə olsa, biz təhsilimizdən hansısa bir ciddi irəliləyişi gözləyə bilərik. Əks halda isə nəticə göz qabağındadır”.

Xəbər 1987 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

16.08.2017  21:46 

Türkiyədə zəlzələ oldu

16.08.2017  18:34 

Binəqədi-Novxanı yolu çökdü

16.08.2017  17:15 

Çovdarov üçün 15 il həbs...

16.08.2017  16:49 

Qadın bulvarda intihar etdi

16.08.2017  13:05 

Türkiyə Almaniyaya nota verdi

16.08.2017  10:58 

“Müharibə qaçılmaz olacaq“

16.08.2017  10:46 

Yenə terror – 30 nəfər öldü

16.08.2017  09:57 

Cəbhədə daha bir TƏXRİBAT

16.08.2017  09:45 

Bu il 29 min adam ölüb


BÜTÜN XƏBƏRLƏR +