Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


15.04.2017  14:33 

Tanınmış hüquqşünasdan Abşeron İcra başçısı haqda Prezidentə MÜRACİƏT





A+  A-

Tanınmış hüquqşünas Qurban Məmmədov üzləşdiyi problemlərlə bağlı Prezident İlham Əliyevə müracət edib.
XəzərNews.az hüquqşünasın həmin müraciətini olduğu kimi təqdim edir:

"Mən Abşeron rayonu Goradil kəndində xüsusi mülkiyyətimdə olan torpaq sahəsində ev tikmək məqsədilə, qanunda nəzərdə tutulan qaydada Abşeron RİH-ə müraciət etdim.
RİH-nin memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevin 06.04.2017-ci il tarixli, 455-s saylı məktubu ilə mənə bildirildi ki, " Abşeron yarımadasında yaşayış məntəqələrinin sürətli inkişafı nəticəsində kommunikasiya təminatlarında ciddi problemlər yaranmışdır. 2016-cı ilin 30.12.2016-cı il tarixində AR Prezidenti cənab İlham Əliyevin fərmanı ilə mühəndis kommunikasiya təminatı obyektinin normal fəaliyyətinin təmin edilməsi məqsədilə tikinti işlərinə rəy verilməsi müvəqqəti olaraq dayandırılmışdır. Odur ki, Sizə məxsus torpaq sahəsində inşası nəzərdə tutulan fərdi yaşayış evinin mühəndis kommunikasiya xətlərinə qoşulmasına dair müsbət rəylər və tikinti layihəsinin baş plan və memarlıq-planlaşdırma bölməsi təqdim edildikdən sonra müraciətinizə yenidən baxılacaqdır".
Bir sözlə, tikintiyə icazə verilməsinə mənə imtina edilir.
Əvvəla, qeyd edilən Fərman Bakı şəhərinə aiddir. Fərmanın adı belədir: “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında”. Abşeron rayonu isə Bakıya daxil deyil. Abşeron RİH eyni qaydada Ermənistan prezidentinin də hər hansı fərmanına istinad edərək mənə imtina edə bilərdi. Sağ olsunlar ki, heç olmasa bunu etməyiblər.
İkincisi, mənə imtina edilən yerdə, eləcə də Göradilin müxtəlif yerlərində hal-hazırda başqa vətəndaşlar tikinti aparmaqdadırlar. Deməli, siyasi mövqeyimə görə mənə qarşı ayrı-seçkilik var və ya məndən rüşvət tələb edilir. Mənimsə rüşvət vermək üçün maddi imkanım yoxdur.
Üçüncüsü, Göradil qəsəbəsində hamı fərdi kanalizasiyadan-- "şomba"dan istifadə edir. Həyətimə 50 ildir ki, su da çəkilib. Mənim də həyətimdə “şonba” var. Başqa sözlə, hamı necə, mən də elə, fərdi kanalizasiya sistemim var və heç kimə də mane olmur.
Dördüncüsü, Goradildə kanalizasiya sistemi yoxdur deyə, mən evsizmi qalmalıyam? Mən bu dövlətin müstəqilliyi uğrunda mübarizə aparanda Abşeron rayon İH-nin başçısı İradə Gülməmmədovanın və Akif Əliyevin harada və nə işlə məşğul olduqlarını bilmirəm. Bilənlər varsa, buyurub desinlər bilək.
Beşincisi, İradə Gülməmmədovanın arxasında kimlərin durduğunu bilsəm də, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralovun və Daxili İşlər naziri Ramil Usubovun diqqətinə çatdırmaq istəyirəm ki, mənə verilən bu başdansovdu cavab əslində məndən rüşvət qoparmağa yönəlib, mənimsə rüşvət verməyə imkanım yoxdur. Abşeron rayon əhalisi yaxşı bilir ki, rüşvət vermədən kimsə özünə ev tikə bilməz.
Dünyanın bütün mədəni dövlətlərində dövlət və bələdiyyə orqanları öz vətəndaşlarına ev tikməkdə mümkün olan bütün köməklikləri edirlər. Çünki özlərini həqiqətən də xalqın xidmətçisi hesab edirlər. İradə gülməmmədovaların isə, Prezident İlham Əliyev tez-tez təkrar etsə də, xalqa xidmətçilik etmək fikirləri yoxdur.
Təbii ki, 58 ildir mənim xüsusi mülkiyyətimdə evim olmadığı kimi, bundan sonra da olmasa, bu dünyada heç bir faciə baş verməyəcək. Təki bunların gözü doysun.
Ancaq maraqlıdır: mənə verilən cavab məktubundakı son cümləni başa düşən olacaqmı: “ Odur ki, Sizə məxsus torpaq sahəsində inşası nəzərdə tutulan fərdi yaşayış evinin mühəndis kommunikasiya xətlərinə qoşulmasına dair müsbət rəylər (???) və tikinti layihəsinin baş plan və memarlıq-planlaşdırma bölməsi (???) təqdim edildikdən sonra müraciətinizə yenidən baxılacaqdır”.

İndi də başqa vətəndaşların da hüquqlarının pozulmasının, onlardan rüşvət qoparılmasının qarşısını almaq məqsədilə, qanunvericiliyin bu sahədə müəyyən etdiyi qaydaları nəzərinizə çatdırım.

Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 74.1-ci maddəsinə əsasən, “bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.”
Yəni, Məcəllənin 79-80-ci maddəsində nəzərdə tutulan tikintilərə icazə tələb olunmur.
Bəs hansı tikintilərdir bu maddələrdə göstərilənlər?
Diqqət edin:

Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri

79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;
79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;
79.1.5. kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;
79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;
79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;
79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;
79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;
79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.
79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.

Maddə 80. Məlumatlandırma icraatı

80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
80.6. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.”

Gördüyünüz kimi, mən ikimərtəbəli, hündürlüyü 12 metrdən çox olmayan evimi tikmək üçün İH-dən icazə almalı deyiləm, 80.1-ci maddəyə əsasən, sadəcə olaraq, İH-ə məlumat verməliyəm. Mən də bunu etmişəm.
Məcəllənin 80.4-cü maddəsinə əsasən, “sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir.;”

Mən də bu maddədə göstərilən sənədləri Abşeron RİH-ə təqdim etmişəm. Məndən tələb edilən isə, gördüyünüz kimi, bu maddədə yoxdur.
Deməli, yenə də məhkəmələrə üz tutmalıyam.
Nəzərə alaraq ki, ömrümün sonuna çox az qalıb, məhkəmələr də korrupsiya bataqlığında can verir, bunu etməyəcəyəm. Canları cəhənnəmə.

P.S. Bu gün Prezidentin elektron poçtuna bu barədə şikayət yazdım. Qərarımı nəticədən asılı olaraq verəcəyəm. Bəlkə, Prezidenti eşitdilər, saydılar. Axı Prezident korrupsiyaya qarşı mübarizə apardığını və xalqa xidmətçi olduğunu dönə-dönə bəyan edib....
P.S. Dərdim daha böyükdür: Abşeron Rayon İcra Hakimiyyəti mənə Göradildəki torpağımda hündürlüyü 2 metr 20 sm.-dən çox olmayan tualet də tikməyə imkan vermir. Mən nə çarə tapım bilmirəm. Bu yaşlı, xəstə vaxtımda durub Avropadan tualet yeri istəməyim də yaxşı düşməyəcək. Bəlkə, həyət evim olmadan bu dünyadan köçməməyim üçün Ermənistan Prezidentinə müraciət edim, mənə ev tikməyə torpaq və icazə versin?

Və... cənablar və xanımlar, siz bizləri süründürdükcə, məhkəmələr və məmurlar qapısında vaxtımızı öldürdükcə, həmin vaxtda erməni Aşotla Haykanuş patron düzəldir, silah istehsal edirlər. Sabah müharibə başlayanda erməni əsgərləri Abşeron rayon İcra Hakimiyyətində işləyən qız-gəlinləri əsir götürüb başlarına oyun açanda, “demədi” deməyin haaaa...."

Hüquqşünas
Qurban Məmmədov


Xəbər 2771 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +