80 yaşlı nənəni polislər apardı
Tramp müsəlmanları təbrik etdi
Bakıda keçirilən “Formula-1”də QƏZA
Şənbə günü hava necə olacaq?
Şeyxdən Ramazan təbriki
Flora Kərimova əməliyyat olundu
Dövlətin ədaləti
İlham Əliyev Şirvanda
Telman İsmayılova daha bir şok
“Formula 1”in Azərbaycan Qran-Prisi başladı

      

14.04.2017  09:23 

Bakıda “Xruşovka“ların ipoteka PROBLEMİ





A+  A-

Baş naziri Artur Rasizadənin paytaxtın 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar imzaladığı tədbirlər planına əsasən, "Xruşovka" kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq.Layihə çərçivəsində 34 bina söküləcək, 1729 ailə köçürüləcək. Yeni binanın inşa müddətində vətəndaşlara kirayəpulu ödəniləcək.
Bəs ”Xruşovka”da evləri ipoteka ilə əldə etmiş vətəndaşların aqibəti necə olacaq?

XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, “Sovetski”də evlər sökülən zaman da ipotekada olan mənzillərin taleyi ən çox müzakirə edilən məsələlərdən idi:

“Evlər sökülür, ödəniş edilirsə, həmin ipotekanın öhdəliyi məsələsi gündəmə gəlir. “Sovetski”dən fərqli olaraq “Xruşovka”ların sökülməsi fərdi yanaşmalar tələb edir. Çünki bu yerdə yeni yaşayış binaları inşa ediləcək. İstər ipoteka ilə, istərsə şəxsi mənzilə sahib olanlar yeni binalarda da mənzillə təmin ediləcək.
Razılaşdırılmış qaydalara görə, binalar inşa edilən müddətdə şirkət tərəfindən həmin şəxslərə 2 il ərzində kirayə pulu veriləcək. Qərara görə, təklif edilən mənzilin sahəsi əvvəlki mənzilin sahəsindən 20-30 faiz böyük olacaq”.

Ekspert bildirib ki, əgər mənzil ipotekadadırsa, müqaviləyə uyğun olaraq həmin ipoteka vətəndaşın yeni binadakı mənzilinə transfer edilir:

“Bu zaman vətəndaşın ipoteka öhdəliyi qalır. Əgər istəyərsə, ipotekanı tamamilə bağlaya, yaxud əvvəlki qaydada hissə-hissə ödəyə bilər. Bu kommersiya bankı ilə vətəndaş arasında olan razılaşma ilə müəyyən edilir.
Bütün hallarda bankla vətəndaş arasında bağlanan müqavilə önəmlidir. Çünki bankla razılaşmadan vətəndaşın ipotekanı digər mənzilə transfer etmək hüququ yoxdur. Güman olunur ki, kommersiya bankları mövcud şəraitə uyğun olaraq həmin öhdəliklərin yeni mənzillərə şamil olunmasına icazə verəcəklər.
Vətəndaş kirayəyə çıxırsa belə, aralıq müddətdə ipoteka kreditini ödəyə bilər. İpoteka kreditinin vətəndaşdan tam olaraq tələb edilməsi mümkün deyil. “Xruşovka”ların sökülməsi və yerində yeni binaların tikilməsi vətəndaş üçün məqbuldur. Çünki yeni, böyük və daha komfortlu mənzillərə sahib olacaq. Amma bu, vətəndaşın ipoteka öhdəliyini artırıla bilməz. Vətəndaş əvvəlki məbləğdə aylıq ödənişini icra etməlidir. Köhnə binada da, yeni binada da vətəndaş ipoteka kreditini tam ödədikdən sonra mənzilin sahibinə çevriləcək”.

Xəbər 931 dəfə oxunub.




© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

25.06.2017  10:37 

Tramp müsəlmanları təbrik etdi

24.06.2017  16:21 

Prezident görüş keçirdi


BÜTÜN XƏBƏRLƏR +