Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


13.04.2017  15:37 

Azərbaycan müxalifəti Türkiyədəki referenduma “HƏ” deyir, “YOX”?





A+  A-

Aprelin 16-da Türkiyədə referendum keçiriləcək. Türk xalqı Konstitusiya dəyişikliklərinə ya “Hə” deməlidirlər, ya da “Yox”. Bu dəyişikliklərdə prezident səlahiyyətlərinin artırılması, ölkə başçısına parlamenti buraxmaq, nazirləri təyin etmək səlahiyyətinin verilməsi və digər məsələlər nəzərdə tutulur.
Türkiyə prezidenti, hakim Ədalət və İnkikaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan dəyişikliklərin ölkənin inkişafını sürətləndirəcəyini, müxalifət – Cümhuriyyət Xalq Partiyas - isə demokratiyanı uçuruma aparacağını bildirir.

Referendumda nəzərdə tutlan əsasa dəyişikliklər aşağıdakılardır:

- Prezident yalnız dövlət başçısı deyil, icraedici orqanın başına keçəcək
- Baş nazir postu ləğv olunacaq, əvəzində prezidentin təyin edəcəyi vitse-prezidentlər olacaq
- Sərəncamlar vermək, yüksək postlara təyinat aparmaq və fövqəladə vəziyyət elan etmək də prezidentin səlahiyyətində olacaq
- Prezidentin səlahiyyət müddəti 5 il olacaq. Bu posta ardıcıl 2 dəfə seçilmək mümkündür.
- Parlament və prezident seçkiləri eyni gündə keçiriləcək
- Prezidentin impiçment olunması üçün Böyük Millət Məclisinin deputatlarının 2/3-nin səsi lazım olacaq.

16 aprel referendumunda “hə” səsi çıxarsa, Ərdoğan 2029-cu ilə qədər hakimiyyətdə qalacaq. Çünki dəyişikliklər yalnız 2019-cu ildən qüvvəyə minəcək.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Türkiyədə keçirilməsinə sayılı günlər qalan referenduma münasibəti necədir? Azərbaycanlı siyasətçilər referendumda hansı nəticənin çıxmasını istəyərlər?

XəzərNews.az bildirir ki, Modern.az saytı məsələ ilə bağlı bir neçə siyasi təşkilatdan rəy öyrənib.

Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov deyir ki, təmsil etdiyi düşərgə Türkiyədə keçiriləcək referendumdan “xeyr” cavabının çıxmağını istəyir.
“ Çünki təklif olunan dəyişikliklər bir şəxsin, təkadamlıq hakimiyyətin yaranmasına səbəb olacaq. Hələ ki tarixdə prezidentlik idarə-üsulunun ABŞ-dan başqa heç bir yerdə uğurlu tətbiqinə rast gəlməmişəm. Başqa ölkələrdə prezidentlik idarə-üsulu diktatorluğa gətirib çıxarır. Demokratik ölkələrə baxsaq, onlarda ya tamamilə parlamentli respublika, ya da yarı parlament yarı prezidentlik idarə-üsulunun olduğunu görərik. Əgər referendumdan “yox” cavabı çıxarsa, onda Türkiyə yenidən öz demokratik yolu ilə gedəcək. Amma AKP və Ərdoğan tək hakimiyyətlik idarə-üsulunu qurmaq istiqamətində çox sərt çaba göstərir. “Hə” qərarı çıxarsa Türkiyə Orta Asiya respublikaları, keçmiş sovet ölkələri kimi dövlətə çevriləcək. Bu da Türkiyə demokratiyasına böyük zərbə olacaq”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib ki, o, referendumdan hansı cavabın çıxmağından asılı olmayaraq, hadisələrin Türkiyənin xeyrinə olmasını istəyir:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanlış yoldadır. Dünya irəli gedir, Türkiyə Cümhuriyyəti də dünya ölkələri və müsəlman dövlətləri içərisində bir nümunə idi. İndi bu nümunəni hazırda hakimiyyətdə olan Türkiyənin daxili düşmənləri və xarici düşmənləri istəmirlər. Onlar istəyirlər ki, Türkiyə dünyəvi dövlət olmasın. Onlar Türkiyəni Misirin, Əlcəzairin, Liviyanın tayı olmağını istəyirlər. Yəni müsəlmana demoktarik olmaq yaraşmır. Ərdoğanın isə Türkiyəyə vurduğu ən böyük ziyan budur”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Türkiyə cəmiyyəti referenduma görə iki yerə bölünüb.
“Referenduma “hə” və “yox” deyənlər. Türkiyəndə referendumdan sonra yaranacaq yeni sistem nə ABŞ-dakı, nə də başqa ölkələrdəki idarə-üsuluna bənzəyir. Azərbaycan dövlətinin mövqeyi Türkiyədə keçiriləcək referenduma müsbətdir. Bu mənada mən həmişə istəyərəm ki, Azərbaycan və Türkiyə əlaqələri daim möhkəm olsun. Düzdür, Ərdoğanın hakimiyyətinin ilk illərində Türkiyə iqtisadiyyatı çox gücləndi. Amma ordu öz milliliyini itirdi. Millilik daha çox dinin üzərinə keçdi. Türkiyə hazırda dindarlarla qeyri-dindarlara bölünüb.
Referenduma gəldikdə isə Türkiyə hökumətinin mövqeyi belədir ki, 60% “hə” deyəcək. Amma mən nə referendumun keçirilməsini, nə də millətin başının bununla qatılmağını arzulayardım. Çünki Türkiyə vətəndaşlarının qarşısında tamamilə gələcəyi aydın olmayan mövqe durur. Ömür boyu çoxpartiyalı sisteminin verdiyi və parlamentin formalaşdığı hökumət vardı. Mən şəxsi mövqeyimə görə, bu referendumun keçirilməsinə “yox” deyərdim”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın fikrincə, referendum Türkiyə vətandaşlarının həyatında heç bir ciddi dəyişiklik yaratmayacaq.
“ Çünki Türkiyə dövləti və sistemi durur. İdarəetmə bu cür olmasın, o cür olsun. Bunun cəmiyyətdə xeyri ola da bilər, faydası olmaya da bilər. Amma referendum Türkiyə cəmiyyətinin iç strukturunda heç bir dəyişiklik yaratmayacaq. Bu referendumun keçirilməsi dövlətin siyasi rejiminin dəyişməsinə gətirən bir hadisə deyil. Bu referendum Türkiyə vətəndaşlarının həyatında heç bir ciddi dəyişiklik yaratmayacaq”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, xalqın iştirakı ilə referendumun keçirilməsini demokratikləşmə istiqamətində ən ciddi hadisə hesab edir.
“Hesab edirəm ki, xalq öz taleyini bu cür demokratik proseduralarla müəyyən edə bilər. Təbii ki, bu zaman ola bilər ki, hansısa bir səhv baş versin və seçim düzgün edilməsin. Ümumiyyətlə, referendumlar yolu ilə ictimai həyatın yeniləşdirilməsi çox ciddi bir hadisədir. Bu zaman da səhv olarsa, günahkar xalqın özüdür. Ümid edirəm ki, Türkiyə xalqı Türkiyənin gələcəyi və bu günü üçün vacib, doğru olan seçimi edəcək.
Mən Türkiyə vətəndaşı olmadığıma görə isə bu referendumla bağlı “hə” və ya “yox” cavabı verə bilmərəm”.

Xəbər 2038 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +