Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


11.04.2017  14:08 

Ahıl kişini təhqir edən məmur haqda ŞOK FAKTLAR - Nazirlik niyə tələsdi?





A+  A-

Dünəndən gündəmi zəbt edən məsələlərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşılarının ahıl vətəndaşı məsxərəyə qoyması, onu təhqir etmələri əks olunan video ilə bağlıdır.
Nazirlik təkzib edir, direktor məhkəməyə verir

Həmin video yayılandan sonra Səlim Müslümovun nazirliyindən tələsik açıqlama verildi və belə bir olayın baş vermədiyi, videodakı görüntülərin montaj olunduğu iddia edildi.

Nazirliyin açıqlaması belə idi ki, videogörüntülərin Saatlı rayon Məşğulluq Mərkəzi ilə heç bir əlaqəsi yoxdur.

Həmin videogörüntülərin guya, Mərkəzin direktoru Bayram Mikayılovun iş otağında çəkilməsi ilə bağlı qeyd edilənlər də tamamilə əsassız və böhtan xarakterlidir.

Nazirlikdən iddia olunurdu ki, videoda əks olunanlarla bağlı araşdırma aparılıb: "Saatlı rayon sakini Elşən Mehdiqulu oğlu Allahyarovun ümumiyyətlə rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi və bu videogörüntülərin şəxsi zəminində Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru B.Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilib hazırlanaraq sosial şəbəkələrə yerləşdirilib".

Nazirlikdən bildirilib ki, qeyd edilən hadisə ilə əlaqədar aidiyyəti üzrə tədbir görülməsi üçün B.Mikayılov tərəfindən daxili işlər orqanlarına müraciət edilib.

Mərkəz direktoru həmçinin onunla bağlı böhtan məqsədilə hazırlanmış videogörüntüləri heç bir dəqiqləşdirmə aparmadan və əsassız olduğunu bilə-bilə ictimailəşdirən saytla bağlı məhkəməyə də müraciət edib.

Video harda çəkilib?

XəzərNews.az bildirir ki, BakiPost.az-ın araşdırması zamanı videogörüntülərin harada çəkildiyi məlum olub. Əldə etdiyimiz xəbərə görə, çəkiliş olan həmin otaq həqiqətən Məşğulluq İdarəsinin otağı deyil. Vətəndaşın da Məşğulluq İdarəsinə aid işi olmayıb. Bəs əslində nə baş verib?

Məsələ ondadır ki, B.Mikayılov əvvəllər "Sobez” deyilən idarədə - (həmin idarə keçən ilin martında ləğv edilərək pensiya fondu və Məşğulluq İdarəsinə birləşdirilib) işləyib və sosial yardım işinə baxıb.

O vətəndaş da ünvanlı sosial yardım işi üçün müraciət edibmiş. Otaq isə Məşğulluq İdarəsinin yox, məhz "Sobez”in otağıdır. Sonra həmin Bayram Mikayılov Məşğulluq İdarəsinə direktor təyin edilib. Bu qədər sadə, amma...

Amması odur ki, Mərkəz direktoru ilk dəfə neqativ məlumatla gündəmə gəlmir. Bundan əvvəl də adı bir neçə qalmaqalda hallanıb.

Qayınatası: "20 min avromu Parisdə xərclədi...”

Sayt arxivə ekskursiya edərək B.Mikayılovun ötən ilin dekabrında qayıtanası Aydın Cəbrayılovun barəsində dediklərini əldə edib.

Məmurun qayınatası "Təzadlar.az”a ciddi məlumatlar verib. A.Cəbrayılov ölkə rəhbərliyinə müraciətində bildirib:

"Bildirirəm ki, Sabirabad rayonunun Ulacalı kənd sakini, hazırda Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru, mənim kürəkənim (yəqin ki tezliklə məhkəmənin ədalətli qərarından sonra artıq keçmiş olan) Bayram Mikayılov bizimlə ailə dramı yaşamağı bir yana, mənə məxsus əmlakları saxtakarlıq yolu ilə ələ keçirmişdir.
O, qızıma məxsus cehiz əmlaklarını hələ heç bir boşanma sənədi olmadan ələ keçirərək mənimsəməklə, adi insani haqları tapdamışdır. Hətta mənim adıma olan avtomobili idarəetmə etibarnaməsi olduğu halda, mənim adımdan hansı yollarlasa öz adına keçirərək özgəninkiləşdirmişdir.

Uzun müddət bütün mümkün qayğılarımla əhatə etdiyim bu insana, hətta qohumluğun ilk günlərində qızıl kartımı verərək onun ilk dəfə Parisi görmək arzusunu reallaşdırmasına şərait yaratdım və onu Fransaya səyahətə yola saldım.

Rəsmi bank sənədlərinə istinadən deyirəm ki, o, Parisdə olduğu 10 gün ərzində həmin kartda olan 20 min avro pulumu kefi istədiyi kimi xərcləmişdir. Olsun... Amma bir müddət sonra o, ailəmizin və şəxsən mənim ona qarşı humanist davranışımızdan sui-istifadə edərək mənə məxsus əmlakları da ələ keçirməyə başladı”.

"Bayram 4 qızı maşınla vurmuşdu...”

A.Cəbrayılov qeyd edib ki, bunları da ona qurban edərdi: "Lakin az sonra o, təzə doğulmuş körpəsi olan ananı, yəni həyat yoldaşını təmirinə 80-90 min manat xərclədiyim, bu qədər də ev əşyaları olan bahalı mebellərlə doldurulmuş evdən təhqiramiz formada qovaraq bu ailənin bütün Konstitusion haqlarını ayaq altına atmışdır.

Və Bayram Mikayılovun bu hoqqalarına stimul verən halları araşdıranda məlum oldu ki, bu adam artıq həddini aşaraq ailə instituna ağır zərbə vuran hərəkətlərə yol vermiş, öz ailəsindən əlini belə üzmüşdür. Etik qaydaları nəzərə alaraq təfsilatına varmaq istəmirəm”.

Məmur qayınatası daha şok faktlar açıqlayıb: "Bayram Mikayılov 2012-ci ildə Nobel prospektinin "Lenkombinat” ərazisindən keçən hissəsində metal rəngli "Mersedes”i ilə yolu keçən 4 yeniyetmə qızı maşınla vurmuşdur, onları 3-ü ağır xəsrət alaraq bir aydan çox müalicə alıb evə buraxılmışdılar.

Lakin bəzi adamların "qayğısı” sayəsində o, məsuliyyətdən yayına bilmişdir. Qanunları saya salmayan Bayram Mikayılov 19 dekabr 2016-cı ildə Xətai rayon Məhkəməsində isə xuliqanlıq edərək məhkəməyə hörmətsizlik etdiyindən hazırda barəsində 34-cü polis bölməsində təhqiqat aparılır.

Atalar doğru deyib ki, oğul dayısına oxşayar. Məsələn, onun dayısı Əli Əlisəfa oğlu Məmmədov Sabirabad rayon ƏSMM-də baş mühasib işləyərkən külli miqdarda (1 milyon manatdan artıq) ünvanlı sosial yardımları mənimsədiyi üçün 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Bu azmış kimi, Bayram Mikayılovun xalasının əri Cavanşir İsgəndərov isə Bakının Xətai rayon ƏSMM-nin rəisi olarkən etimadı doğrultmadı və işdə yol verdiyi ciddi nöqsanlara görə nazir Səlim Müslümovun əmri ilə, hətta kollegiya iclasında işdən çıxarılmaqla, iclas zalından qovulmuş, vəzifəsindən dərhal azad edilmişdir”.

Direktorun mülklərinin siyahısı

A.Cəbrayılov əlavə edib ki, Bayram Mikayılovun və qohumlarının qanunsuz fəaliyyəti barədə şikayətlər nazirliyə, sel kimi axandan sonra iş yerini Saatlıya dəyişməli oldu: "O, əvvəlcə Saatlı ƏSMM-də baş mütəxəssis kimi fəaliyyətə başladı.

Bu yaxınlarda isə struktur dəyişikliyi aparıldığından Bayram Mikayılov heç kimin gözləmədiyi halda Saatlı rayonunun Məşğulluq Mərkəzinin direktoru təyin edildi.

Səbəbi sonradan məlum oldu ki, onların nazirlikdəki himayəçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərizə və şikayətlər şöbəsində çalışan Mirzəyev Elgün Mirzəxan oğludur. Təəssüflər olsun ki, o, hazırda nazirliyin Sosial Müdafiə Fondunda işləyir”.

A.Cəbrayılovun məhkəməyə təqdim etdiyi məlumat və sənədlərdən məlum olur ki, kürəkəni B.Mikayılovun yetərincə əmlakları olub. Siyahını təqdim edirik:

- 90-ZC-088 markalı, qara rəngli "Leksus” CİP;
- 90-NU-088 markalı, qara rəngli "Mersedes”-E-Klass”;
- "Xunday” markalı, 909-UK-088 markalı avtomobil;
- Bakının M.Hadi küçəsi-41, mənzil-79 ünvandakı 3 otaqlı mənzil;
- Vunq-Tau küçəsi-12, mənzil-23-də 4 otaqlı mənzil;
- "Qum adası”nda həyət evi;
- 90-MN-880 dövlət nömrə nişanlı "Mersedes”;
- "Bakı” kino-teatrının yanındakı 9 mərtəbəli binada, Şirvani küçəsində 3 otaqlı mənzil;
- Şamaxıda istirahət evi və sair...


Xəbər 1666 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +