“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


07.04.2017  16:27 

Sabiq nazirin məhkəməsində QALMAQAL





A+  A-

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun məhkəməsi başlayıb. Məhkəmə başlamadan qalmaqal yaşanıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə nəzarətçiləri və mühafizə polisi jurnalistləri məhkəməyə buraxmayıblar. Saat 14:30-a təyin edilən məhkəmə prosesinə buraxılmayan jurnalistlər müxtəlif bəhanələr gətirilərək gözlədilib. İcra nümayəndələri jurnalistlərdən əvvəlcə telefonları və vəsiqələri istəyib. Daha sonra isə məhkəmənin başladığını, məhkəmə zalında yer olmadığını deyərək jurnalistləri çöldə saxlayıblar.

Həmçinin Əli İnsanovun qohumlarının bir çoxu da məhkəməyə buraxılmayıb. Məhkəmə nəzarətçiləri zalda 30-a yaxın qohum olduğunu desə də Əli İnsanovun yaxınları həmin şəxsləri tanımadıqlarını söyləyirlər.

Məhkəmə zalından geri qayıdan Əli İnsanovun qohumları bildiriblər ki, sabiq nazir sə jurnalistlərin məhkəməyə buraxılmasını istəyib.

Bildirək ki, işə Qaradağ rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə baxılır.



Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.




Xəbər 1173 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +