“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


06.04.2017  15:29 

Azalan hasilat, artan qiymət: Neftin qiyməti sabitləşəcəkmi?





A+  A-

Hələlik neft bazarında baş verənlər tarazlıq üçün kifayət deyil
OPEC-in hasilatın azaldılması prosesi üzrə Monitorinq Komitəsinin iclasından bir həftədən çox vaxt keçib. Komitənin iclasında bəyan edilmişdi ki, ötən ilin dekabrında əldə edilmiş razılaşma demək olar ki tam olaraq və problemsiz reallaşır. Hətta müəyyən narahatlıq doğuran İran da razılaşmaya sadiq qalaraq hasilatın səviyyəsini sabit saxlayıb. Hasilatın azaldılması barədə razılaşmanın əsas məqsədi neft bazarında tələb-təklif tarazlığının yaradılması və bununla da qiymətlərin qaldırmağa nail olmaqdır. Sadə desək, hasilatın azaldılması ilə OPEC üzvləri və razılaşmaya qoşulmuş daha 11 ölkə bazarda neft təklifini azaltmaq istəyir.

Verilən bəyanatların neft bazarına təsirini araşdırdıqda aydın olur ki, bu təsir birmənalı şəkildə müsbət olub:



Göründüyü kimi, görüşün tarixi olan martın 27-dən qiymət dəyişkən olub və artım tendensiyası müşahidə olunmayıb. Lakin iclasdan dərhal sonra neft bazarı artım üçün əlavə impuls alıb və davamlı artım tendensiyası başlayıb. Nəticədə, neft martın 27-dən bu günlərə kimi 1 barelə görə 3,65 dollar və ya 7,2% bahalaşıb. Bu, cəmi bir həftədən az vaxt ərzində reallaşıb. Hazırda neftin qiyməti 1 brelə görə 54,5 dollara yaxındır və hətta bu qiymət hələlik optimal hesab olunmur. Optimal qiymət 60 dollar hesab edilir. Əlbəttə ki, “hesab edilir” fikri çox subyektivdir, çünki burada İran kimi neftin mümkün qədər baha olmasını istəyən və müəyyən mənada və bəzi məqamlarda radikal mövqeyini göstərənləri nəzərdə tuturuq. Daha liberal mövqe odur ki, neftin qiymətlərinin indiki səviyyədə olması məqbuldur, təki, necə deyərlər, ucuzlaşmasın.

Neft hasilatının azaldılması prosesi bazarda təklifin azaldılmasına gətirib çıxarır. Bunun nəticəsi kimi (bu barədə fikirlər fərqlənir) son zamanlar dünyada neft ehtiyatların azalması baş verir. Bu barədə, məsələn, OPEC-in baş katibi Məhəmməd Barkindo bəyan edib. Bəs hasilatın azalması fonunda ehtiyatlarının azaldılması nə deməkdir? O deməkdir ki, hazırda dünyada neftə olan tələbat azalmır və bu amil neft bazarında artım tendensiyaların formalaşması və onların möhkəmləndirilməsi üçün əsas məqamlardan biridir. Həqiqətən belədir, çünki, məsələn, əgər neft hasilatı azaldılıb, amma bunun fonunda ehtiyatlar sabit qalıb və ya artıbsa, deməli neftə olan tələbat aşağı səviyyədədir və hətta azalmadan sonra hasilat tələbatı üstələyir. Lakin əks effektə nail olmaq mümkün olub və bu, neftin bahalaşmasına birbaşa təsir edib.

Son zamanlar neft bazarına ABŞ-da neft ehtiyatların həcminin dinamikası güclü təsir edir. Məsələn, iclas keçirildiyi həftədə məlum olub ki, ABŞ-da neftin kommersiya ehtiyatları proqnozlaşdırılan 2,8 mln. barel deyil, 5 mln. barel artaraq 533 mln. barelə çatıb. Bu da ilin əvvəli ilə müqayisədə 50 mln. barel və ya 10,4% çox olub. Primitiv bir fikir söyləyək: əgər o zaman ABŞ-da neft ehtiyatların azalması barədə məlumat yayılsaydı, neftin bahalaşması daha sürətli olacaqdı.

ABŞ-ın ehtiyatlarının neft bazarına təsiri barədə sadə bir fakt deyir - ötən həftə ərzində ABŞ-da neft ehtiyatları barədə gözlənilməz statistika yayılıb ki, ehtiyatların həcmi azalmayıb, əksinə olaraq – 1,6 mln. barel artıb. Bu dərhal qiymətlərin dinamikasına təsir edib və qiymətlər aşağı düşməyə başlayıb. Martın 6-da kotirovkalar 54 dollaradək enib, həm də ticarət sessiyasının başlanğıcında.

Burada OPEC-in baş katibinin mövqeyinə qayıtmaq lazımdır. O qeyd edib ki, neft bazarı hələlik tarazlıqdan bir qədər uzaqdır. Həqiqətən belədir, tarazlıq varsa da, buna böyük əminlik yoxdur. Bu fakt və ABŞ-da neft ehtiyatları və hasilatı barədə gözlənilməz artım tendensiyaları OPEC-i məcbur edə bilər ki, may ayında neft hasilatının azaldılması barədə razılaşmanı daha yarım il uzatsın. Əgər neftin qymətləri indiki səviyyədən aşağı düşsə, ABŞ neft sektoru qiymətlərə təhlükə yaratsa (bu artıq indidən görünür), OPEC qiymətlərin sabit sxlaması üçün tədbir görməli olacaq və yəqin ki, razılaşma uzadılacaq.

(apa.az)

Xəbər 7375 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +