Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


05.04.2017  13:27 

Qardaşı qızını qaçırdığı deyilən Həsən DANIŞDI





A+  A-

Gəncə şəhər sakini, üç uşağını və həyat yoldaşını atıb qardaşı qızıyla qaçdığı deyilən Həsən Səfərov Ölkə.Az-ın suallarını cavablandırıb.
XəzərNews.az həmin sual-cavabı təqdim edir:

- Həyat yoldaşınızın səsləndirdiyi ittihamlarla bağlı deyəcəkləriniz maraqlıdır.

- Onun danışdıqları doğru deyil.

- Qadın bildirir ki, yazışmalarınızda qardaşınız qızıyla bir-birinizə öpüşlər, ürək fotoları göndərmisiniz...


- Martın 11-də Güneli qardaşıyla Bakıya yola salmışam. Ailəsində bir az söz-söhbət var idi. Qardaşı dedi ki, aparım, sakitçilik olsun, gətirərəm.

- Günel sizin qardaşınız qızıdır...

- Bəli.

- Günel indi haradadır?

- Qardaşıyla bir yerdə qalır Bakıda. Orada işləyirlər.

- Bəs siz haradasınız?

- Şəmkirdə.

- Bacınızla həyat yoldaşınızın səs yazısına qulaq asdım. Dolayısıyla sizin Günellə münasibətinizi təsdiqləmiş oldu.

- Xeyr, bacım da mənim dediyimi deyir. Səhər danışmışıq. Həm də mənim telefonumu oğurlayıb aparıb. Hansı telefonla yazışmışam ki? O, niyə özündən danışmır? Ötən ilin mart ayının 31-də evdən qaçdı. Gedib polisə yalandan şikayət elədi ki, Həsən gəlib Poçt qəsəbəsi adlanan yerdə məni döyüb. Amma Allaha and olsun, döyməmişdim, evdəydim. Polislər də gəlib gördülər ki, evdəyəm. Onun şikayətinə görə altı yüz manat cərimələndim. Təzədən yaltaqlandı ki, ağıllanmışam.

- Evdən niyə qaçsın ki? Səbəb nə idi?

- Uşaqları götürüb bacanağımgilə getmişdi. Rəhmətlik anam soruşdu ki, Həmidə, hara getmişdin? Dedi, yaxşı edirəm, gedirəm gəzirəm. Qardaşımın qırx mərasimi günündə o anamı saçından tutub yerlə sürüdü, sonra da özü polis çağırdı. Çox şeylər var e...

- Bildirmisiniz ki, üçüncü uşaq sizin deyil.

- Bəli, üçüncü uşaq mənim deyil. DNT testi verməyə də razıyam, sözümə də başımla cavabdehəm. Çox üzr istəyirəm, o mənə dedi ki, fevralın 20-dən uşağa qalmışam. Uşaq isə yanvarın 5-də anadan olub. On bir aya uşaq olur? Apardım kirayədə saxladım, özüylə Aynurə adlı bir gəlin gətirmişdi.

- Qohumu idi?

- Xeyr, qohumu deyildi. Bir dəfə də Beyləqandan evlərindən qaçıb Gəncədə sığınacağa gəlmişdi.

- Əgər onun başqasıyla münasibətinin olduğunu hiss edirdinizsə, niyə ondan sonra bir il bir evdə yaşadınız?

- Bir ayda üç kirayə dəyişdim. Gündə bir taksiylə gəzirdi. Mən özüm motosikletlə zibilxanalardan dəmir yığıb satan olmuşam. Çörəkpulum zibildən çıxırdı. Gündə bir "zerkalni" nömrədən yığırdı ki, uşağa filan şey oldu, gəl. Gədəbəydəyəm, zəng edib ki, gəl, uşağın başı partlayıb. Əlli manat verib taksiylə tələsik gəlmişəm, uşağın başındakı sarığı açıram ki, heç nə olmayıb. Bir dəfə də çıxıb getmişdi, gedib dostumgildən çıxartmışam. Mənə deyirdi ki, sənin acığına dostlarınla yatacağam.

- Və son olaraq, Günel ailəlidirmi?

- Bəli.

Xəbər 1765 dəfə oxunub.




28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +