Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


03.04.2017  12:48 

”Həmin uşaqlara yüksək qiymət verilirdi” - Nizami Cəfərov





A+  A-

Uzun müddətdir ki, cəmiyyətdə ali təhsil müəssisələrinə qəbul zamanı tətbiq olunan testin ləğv olunacağı barədə müzakirələr gedir. Əksəriyyət bu addımın imkansız ailələrin övladlarının ali təhsil müəssisələrinə daxil olmasının qarşısını almaqdan ötrü edirlidiyi qənaətdindədir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az saytına müsahibə verib.
XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Nizami müəllim, uzun illərdir ki, Azərbaycan ali təhsil müəssisələrinə qəbulla bağlı tətbiq olunan test üsulundan yaxın illərdə imtina olunması gözlənilir. Daha doğrusu, abituriyentlərə açıq tipli sualların təqdim olunması test üsulunun ləğv olunmasını gündəmə gətirir. Bu, nə dərəcədə qənaətbəxş ola bilər?

- Uzun müddətdir ki, test üsuluna keçmişik. Bu, dünyada olan praktikadır . Həmçinin, bu sahədə kifayət qədər böyük təcrübə qazanılıb. Düşünürəm ki, bu, yetərli deyil. Zaman-zaman test üsulunun problemlərini də görmüşük. Həmin problemlər dünya təhsil sistemində də mövcuddur. Azərbaycanda çalışıblar ki, bir sıra ölkələrin, məsələn, Rusiyanın, Türkiyənin, İranın təcrübəsindən bəhrələnsinlər. Həmçinin müəyyən qədər əvvəlki yazılı imtahan üslubunun da davam etdirilməsinə səy göstərilib. Məsələn, elə sahələr var ki, orada testin tətbiqi önəmli deyil. Sosiologiya, incəsənət, ədəbiyyat sahələrində bu, özünü göstərir. Əvvəllər jurnalist test imtahanından keçsə də, yazı və dil təcrübəsinə malik olmurdu. Yazmaq barədə təsəvvürü yox idi. Hüquq fakültəsində elə vərdişlər var ki, onlar yoxlanılmalıdır. Çünki bu sahəyə qəbul olunan tələbənin texniki və ya şəxsi imkanları, fərdi kefiyyətlərinin səviyyəsinin öyrənilməsi baxımından zəruridir. Yoxlanılmadıqda zaman-zaman belə hallarla rastlaşırıq. Hətta dövlət qulluğuna test imtahanından keçən abituriyentin, sonrakı müsahibədən keçməsinə ehtiyac olmadığını rəva görürlər. Mən elə güman edirəm ki, müsahibəyə də çox böyük ehtiyac var. Dövlət qulluğuna imtahan verən şəxsin fiziki göstəriciləri həmin sahəyə cavab verməlidir. Məsələn, gecə yuxusuz qalmağı da bacarmalıdır. Elə adamlar var ki, gəlib test imtahanından uğurla keçərək, Xarici İşlər Nazirliyində hər hansı bir vəzifəni tutur. Sonra məlum olur ki, bu adam təyyarəyə minməkdən qorxur. Belə hallar var. İlk baxışda bu bir qədər əhəmiyyətli görünməyə bilər, amma prinsipcə çox vacibdir. Şəxs dahi də olsa, bu işin texniki şərtlərinə cavab verməlidir. Eyni zamanda, burada söhbət obyektiv müsahibə aparılmasından gedir.

- Siz sovet təhsil sistemini keçmiş adamsız. Sovet təhsili alan bir çox şəxslər israrla deyirlər ki, indiki şəraitdə test üsulunun ləğvi kasıb uşaqlarının ali təhsil almaq şansını sıfıra endirəcək. Çünki sovet dövründə daha çox imkanlı ailələrin uşaqları təhsil almaq gücünə malik idi.

- Əslində, o fikirlər də doğrudur. Digər tərəfdən, dediyiniz kimi mən qəbul imtahanını sovet dövründə vermişəm. Müşahidə etdiklərimə əsasən deyə bilərəm ki, çox çətindir. Təbii ki, sovet dövründə universitetlərdə, insitutlarda tapşırılan uşaqlara yüksək qiymət verilirdi və onlar da imtahandan keçirdi. Hətta biz universitetdə oxuyanda da bu cür halla qarşılaşmışıq. Məsələn, bilirdik ki, filankəs bu imtahanı özü verməyib, çünki bilik səviyyəsi çox aşağıdır. Eyni zamanda, xüsusi istedadların olduğunu deməliyəm. Təəssüf ki, onların qəbul ola bilməsində müəyyən çətinliklər var idi.
Qaldı ki, imkanlı uşaqların ali məktəblərə qəbul olunmasına, burada da bir həqiqəti söyləməliyəm. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsi ilə (1969-1982) imkanlı adamların övladlarının universitetə qəbuuna müəyyən qədər məhdudiyyət qoyuldu. Əgər belə olmasaydı, bir nəfər də kasıb balası universitetə daxil ola bilməzdi. Belə məsələlərdə mənimsəmə faktları olub. Əsasən imkanlı adamların övladları təzyiq göstərərək universitetlərə girirdi. Bunun qarşısı alındı. Ona görə də test üsulu hələlik uğurlu üsuldur. Düşünürəm ki, spesifik sahələrdə vaxtı ilə mövcud olmuş tarixi təcrübədən də istifadə eləmək lazımdır.

- Sizcə, gələcəkdə test üsulu ləğv olunarsa, Azərbaycan təhsil sistemi rüşvət faktoru ilə nə dərəcədə üz-üzə qala bilər?

- Test üsulu ləğv olunarsa, Azərbaycanda rüşvətin baş alıb gedəcəyini əminliklə demək olmaz. Əvvəla, test üsulunun tam ləğv olunacağına inanmıram. Çünki o zaman daha alternativ və daha münasib bir üsul tapmaq lazımdır. Hələ ki, o üsul da yoxdur. Bizdə belə bir qəbul qaydası ola bilər. Bütün ərizə verənlər istədikləri universitetlərə, fakültələrə qəbul olunsun. Amma tədris prosesi zamanı təhsilin səviyyəsi, imtahanlar, yoxlamalar elə aparılsın ki, oxuya bilməyən bir mərhələdən o birisinə keçməsin. Bu da mümkündür, amma, bu, ideal məsələdir. Bilmirəm nə dərəcədə texniki baxımdan məqbuldur. Çünki bir var əvvəldən dediyim kimi olsun, bir də var ki, mərhələ- mərhələ baş versin. Təbii ki, ona daha çox enerji gedir.
Onu da nəzərə almaq lazımdır ki, əlavə suallarda uşaqlar həm kəsilə, həm də qiymət ala bilər. Həmçinin, ümumi götürəndə əlavə sual heç nəyi həll etmir. Həm də sovet dövründə imtahanlar təkcə şifahi deyildi, biri-ikisi yazılı, qalanı şifahi olurdu. Düzgün aparılmaq şərti ilə o dövrün təcrübəsindən istifadə etmək lazımdır. Bunda xüsusi bir nöqsan yoxdur. Nöqsan odur ki, müəyyən yaradıcılıq sahələri, qabiliyyət imtahanları mümkün qədər gücləndirilməlidir. Əlbəttə elə sahələr var ki, xüsusilə texniki sahələrdə dörd variant verilə bilər. Amma humanitar elmlərdə o dörd variantlıqdansa, açıq cavab yaxşıdır. İş burasındadır ki, o dörd variantlı sualı texniki baxımından qiymətləndirmək asandır. Kompyuterlər vasitəsilə qiymətləndirilir. Amma sərbəst sualları mütləq yoxlamaq lazımdır. Texniki baxımdan yoxlanılması çətindir. Bununla yanaşı, humanitar sahədə ikinci variant yəni sual verilə, sadəcə, onun cavabı yazıla.

- Belə başa düşdüm ki, test üsulunun tətbiqini tam olmasa da, qismən məhdudlaşmaq bir çox sahələrdə daha yaxşı mütəxəssislərin yetişməsinə yol açacaq.

- Təkrar edirəm. Bütün hallarda demokratiya tələb edir ki, hər şey qanunla həll edilsin. Test üsulunu birdəfəlik məhdudlaşdırmaq olmaz. O da nəticə etibari ilə subyektivliyə gətirib çıxarır. Bayaqkı sualınıza cavab olaraq demək istəyirəm ki, bu gün varlı adamlar övladlarına əcnəbi dillərin öyrədilməsi üçün şərait yaradır. Xüsusi məktəblərə, müəllim yanına qoyurlar, hazırlaşdırırlar. Düşünürəm ki, bu, heç də nöqsanlı bir şey deyil. Əgər biz birdən qadağan eləsək ki, hüquq, biznes sahəsindəki, dövlət qulluğundakı adamın uşağı qəbul olmasın, onda o istedadları itirmiş olarıq. Yəni bu gün onu təsdiq eləmək mümkün deyil. Amma xüsusilə, universitetlərdə müəllimlə tələbə arasındakı münasibətlərin məhdudlaşdırılması doğrudur. Bir tərəfdən imtahan götürmək baxımından obyektivliyi təmin edir. Başqa bir tərəfdən elmi məktəb, elmi üslub universitet professorunun yaradıcılıq qabiliyyətinin tələbəsinə ötürülməsi baxımından problemlər yaranır. Elə bil ki, hamı eyni cür olur. Hər bir universitetdə məktəb yaradan böyük elm adamları olur, onların təcrübəsi birdən-birə bütün sinfə ötürülə bilməz.

Xəbər 2900 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +