Azərbaycanda bələdiyyə sədrləri cərimələndi
Prezident hərbçiləri təltif etdi - Adlar
Bakıda 3 avtobus xətdən kənarlaşdırıldı
Türkiyə Almaniyaya nota verdi
35 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi
Sabah külək əsəcək, yağış yağacaq
Bakının bu hissəsi yenə qazsız qaldı
Vergilər Nazirliyi “Turan”ın ofisində axtarışa başladı
“Müharibə qaçılmaz olacaq“
Bu il qəzalarda neçə nəfərin öldüyü açıqlandı

      

28.03.2017  15:28 

Dünya siyasətində anti-inhisarçılıq - Rusiyanın alternativliyi





A+  A-

Bazarın bu qızıl qaydası siyasətə də şamil edilir. Bu bazarda isə inhisarçılıq niyyətləri əvvəllər də olub, indi də var. Sovet İttifaqı dağıldıqdan sonra ikiqütblü dünyanın birqütblü ilə əvəzlənməsi buna örnək ola bilər. Başqa sözlə, hələlik ABŞ birqütblü dünyaya başçılıq edir. Deməli, məsələlərə, hadisələrə, tələb və təklifə diqtə etmək imkanı var. Ancaq Vaşinqton bir sıra hallarda işlərin öhdəsindən gələ bilmir.
Ona görə də dövlətlər öz maraqları naminə bir sıra hallarda alternativ axtarırlar. Rusiya isə sovetlərin varisi olaraq alternativ rolda iştirak etməyə çalışır.
Fransanın tanınmış “İFop” sosioloji sorğu şirkətinin ötən ilin iyulunda 18 yaşdan yuxarı 3006 respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri də ABŞ-ın dünya liderliyinin öhdəsindən gələ bilmədiyini deməyə əsas verir.
Almaniyada rəyi sorşulanların 69 faizi, Fransada 55 faizi, İtaliyada 51 faizi ABŞ-ın dünya liderliyinin öhdəsindən gələ bilmədiyini deyib. Almanların 24, fransızların 35, italiyalıların isə 42 faizi Birləşmiş Ştatların üzərinə düşən işin öhdəsindən gəldiyini bildirib.
Son zamanlar Rusiyanın bir sıra dövlətlərdə, o cümlədən ABŞ-da keçirilən seçkilərə nüfuz etməsi haqqında məlumatlar yayılır, yaxud Rusiyameyilli qüvvələrin müxtəlif dövlətlərdə hakimiyyətə gəldiyi barədə xəbərlər yayılır.
Bu kimi hadisələrlə bağlı bəzi nümunələri yada salmaq istərdik:
Ərazi bütövlüyü pozulan və separatizmlə üzləşən Moldovanın yeni prezidenti İqor Dodon Rusiyayönümlüyünü əməlləri ilə də təsdiqləməkdədir.
O, prezident seçiləndən sonra dövlət başçısının iqamətgahında Avropa İttifaqının bayrağı yığışdırılıb.
Özbəkistanın yeni prezidenti Şavkat Mirziyoyev Qərbdən daha çox Rusiyaya meyilli olduğu görünməkdədir.
Ərazi bütövlüyü pozulan Gürcüstanda keçirilən parlament seçkilərində milyarder Bdzina İvanişvilinin dəstəklədiyi qüvvələrin mütləq qələbəsi də bu ölkədə Moskvaya loyal münasibət göstərənlərin qalib gəlməsi kimi dəyərləndirilə bilər.
Bolqarıstanda Rusiyaya tətbiq edilən sanksiyaların aradan qaldırılması mövqeyindən çıxış edən Rumen Radayev prezident seçkisində qalib oldu. Düzdür, parlament seçkisində Avropa İttifaqı tərəfdarı olan “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” (GERB) Partiyası qələbə qazandı.
Avstriyanın sağ təmayüllü Avstriya Azadlıq Partiyasının prezidentliyə namizədi Norbert Xofer seçkidə məğlub olsa da, Avropa İttifaqına qarşı olduğunu deməklə Rusiyanın mövqeyini gücləndirib.
Bu il aprelin 23-ü və mayın 7-də Fransada iki turdan ibarət prezident seçkisi keçiriləcək. Bu posta iddiaçılar arasında adı qalmaqallarda hallanan Fransua Fiyonun Rusiya ilə münasibətinin yaxşı olduğu bildirilir.
Fransa Milli Cəbhəsi Partiyasından prezidentliyə namizəd Marin Le Pen Rusiyaya qarşı sanksiyaların “təhdid və şantaj” xarakterli olduğunu bildirib. O, martın 24-də Moskvaya gəlib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Le Pen Fransa banklarının onun seçki kampaniyasını maliyyələşdirməkdən imtina etdiyini söyləyib. Belə şəraitdə onun kampaniyasının Rusiya tərəfindən maliyyələşdirildiyi bildirilib.
Yeri gəlmişkən qeyd edək ki, Liviyanın silahlı yolla devrilən prezidenti Müəmmar Qəddafinin də Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin seçki kampaniyasına 70-80 milyon dollar xərclədiyi barədə xəbərlər yayılmışdı.
1991-ci ildən sonra dövlət çevrilişlərində daha çox Qərbin əli olduğu hallanırdısa, indi Rusiyanın da adı çəkilir. Ötən il Monteneqroda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən Rusiyanın iki vətəndaşı - Eduard Şirokov və Vladimir Popov İnterpol xətti ilə axtarışa verilib.
Monteneqroda dövlət çevrilişinə cəhd məsələsini hətta ABŞ-ın dövlət katibi Reks Tillersonla Britaniyanın xarici işlər naziri Boris Conson da müzakirə edib.
Ötən il ABŞ-da keçirilən prezident seçkisinə Rusiyanın müdaxiləsi, ölkənin yeni prezidenti Donald Tramp və komandasının bəzi üzvlərinin Rusiya ilə əlaqələrinə dair çoxsaylı xəbərlər də yayıldı. Hətta Trampın komandasının bəzi üzvləri tutduqları dövlət postundan istefa verib.
ABŞ prezidenti Donald Tramp tviter səhifəsində Nümayəndələr Palatasını keçmiş dövlət katibi və sonuncu seçkidə Demokratlar Partiyasından prezidentliyə namizəd Hilları Klintonun Rusiya ilə əlaqələrini araşdırmağa çağırıb: “Niyə Nümayəndələr Palatasının Kəşfiyyat üzrə komitəsi Bill və Hillari Klintonların Rusiya ilə sövdələşməsini araşdırmaq istəmir? Məhz bu sövdələşmədən sonra ABŞ-ın uran ehtiyatlarının 20 faizi Rusiyaya verildi. Trampın Rusiya ilə əlaqəsi cəfəngiyyatdır”.
Xatırladaq ki, H.Klinton da Donald Trampı Rusiya hakimiyyəti ilə əlaqədə olmaqda ittiham edib.
“Ərəb baharı”nda və ondan sonra da ABŞ-a ümidlər böyük idi. Ancaq Misirdə Məhəmməd Mursinin hərbi yolla devrilməsi etimada müəyyən mənada zərbə vurdu.
ABŞ-ın fəaliyyəti nəticəsində Suriya və İraqın ərazi bütövlüyünün pozulması, habelə parçalanması təhlükəsi və xaosun yaranması, Moskvanın Suriyada Bəşşar Əsədə hərtərəfli yardımı da İran və Türkiyə kimi dövlətlərin Rusiya ilə əməkdaşlığı genişləndirməsinə təsir göstərən amillərdəndir. Başqa sözlə, bu dövlətlər alternativ olaraq müvəqqəti Rusiyanı seçirlər.
İraq prezidenti Fuad Məsumun da martım 28-də verdiyi bəyanatda alternativ axtarışında olanlar nümunə sayıla bilər. O deyib ki, İraqdakı hakimiyyət ABŞ-la əlaqləri Rusiyaya qarşı inkişaf etdirməyəcəklər.
Halbuki 30 il əvvəl vəziyyət tam fərqli idi. ABŞ başda olmaqla Qərbə daha çox üstünlük verilirdi. Elə bu ümidlər ABŞ-ın təkqütblü dünyaya başçılıq etməsinə imkan yaratdı. Ancaq indi vəziyyət dəyişir. Rusiya Avropada möhkəmlənən kimi görünür. Təbii ki, bunun səbəblərindən biri də keçmiş SSRİ-nin Rusiyanın timsalında hələ də bu qitədəki mövcud nüfuzudur. Axı dünya ikiqütblü olanda sol yönümlülərin dayağı sovetlər sayılırdı. Həmin şəbəkə və qüvvələrin hələ də fəaliyyət göstərdiyi istisna edilmir. Bu isə Avropa İttifaqı ölkələrində və ABŞ-da keçirilən seçkilərdə Rusiyanın nüfuzunun axtarılmasına, yaxud bu təsirdən qorunmağa səbəb olur.
Məqsədimiz heç də Rusiyanı qütb kimi təqdim etmək deyil. Hadisələrin inkişafı göstərir ki, Kreml bu rolu oynamaq üçün səy göstərir. Onun bu cəhdi isə ABŞ və Avropa İttifaqının təzyiqlərindən qorunmaq istəyənlər üçün sərfəli alternativ sayıla bilər. Rusiyanın bu funksiyanı yerinə yetirməyə gücü çatacaqmı?! Çünki milli valyutaların dəyəri və neftin qiymətinə Kremlin təsir etmək imkanı çox zəifdir. Ona görə də Rusiya hadisələrin aparıcısı deyil, sadəcə təsiredicisi rolunda çıxış etməklə kifayətlənir. Bunu elə Moskvanın Qərbdən, o cümlədən ABŞ-dan müdafiəsi kimi də qəbul etmək olar. Bir sıra dövlətlər Rusiyaya alternativ kimi yanaşmaqla öz hakimiyyətlərini və ölkələrini ABŞ-ın, eləcə də Avropa İttifaqının təsirlərindən qorumağa çalışırlar.
Beləliklə, “tələb və təklif” vəziyyətin uzun müddət alternativsiz qalacağını istisna edir. Bir sıra mübahisəli məsələlərə, münaqişələrin həllinə ikili standartlardan yanaşmalar yeni alternativlərlə bağlı axtarışlara yol açır. Bunun isə dünya siyasətində inhisarçılığın qarşısını alacağı ehtimalı artırır.

(report.az)

Xəbər 1007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

16.08.2017  21:46 

Türkiyədə zəlzələ oldu

16.08.2017  18:34 

Binəqədi-Novxanı yolu çökdü

16.08.2017  17:15 

Çovdarov üçün 15 il həbs...

16.08.2017  16:49 

Qadın bulvarda intihar etdi

16.08.2017  13:05 

Türkiyə Almaniyaya nota verdi

16.08.2017  10:58 

“Müharibə qaçılmaz olacaq“

16.08.2017  10:46 

Yenə terror – 30 nəfər öldü

16.08.2017  09:57 

Cəbhədə daha bir TƏXRİBAT

16.08.2017  09:45 

Bu il 29 min adam ölüb


BÜTÜN XƏBƏRLƏR +