İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


19.03.2017  15:39 

Qiymətlər niyə qalxıb? - Nazirdən açıqlama





A+  A-

Kənd təsərrüfatı naziri Heydər Əsədov son zamanlar bəzi kənd təsərrüfatı məhsullarının bahalaşmasına münasibət bildirib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, nazirin sözlərinə görə, qiymətin formalaşmasına müxtəlif aspektlərdən yanaşmaq lazımdır: "Bütün məhsulların, əmtəələrin qiyməti digərlərinə nisbətən formalaşır. Hansısa məhsul satılarsa, onun müqabilində digər əmtəənin alınması nəzərdə tutulur. Yadınızdadırsa, manatın devalvasiyasından qabaq ətin qiyməti 7-8 manat idi. Həmin 7-8 manat 9-10 dollara bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasında tərəddüd edir. Düzdür, bəzi kütləvi informasiya vasitələri bunu çox şişirdir və iddia edir ki, ətin qiyməti 10-19 manatdır. Populizmə yol vermək olmaz. Müqayisə etsək, 10-12 manat 6-7 dollar təşkil edir. Yəni dünən 9-10 dollara olan ət bu gün 6-7 dollara satılır. Amma siz deyə bilərsiniz ki, ət yerli istehsal olan məhsuldur və bu səbəbdən qiymət sabit qalmalıdır. Mən bununla razı deyiləm. Bir daha qeyd edirəm ki, bütün istehsal olunan məhsullar istehlakla yanaşı digər əmtəələrə mübadilə olunmaq üçündür. Yəni onun qarşılığında digər malların alınması üçün istehsal olunur. Ət satan insan qarşılığında soyuducu, televizor və yaxud xarici valyuta ilə idxal olunan digər məhsulların alınması, ehtiyaclarının ödənilməsi üçün xərc çəkir. Mən hesab etmirəm ki, ətin qiymətində bu gün ciddi artım var. Devalvasiyadan sonrakı tendensiya göstərir ki, kənd təsərrüfatı məhsullarının qiymıətində ciddi artım yoxdur", - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, mətbuat ancaq bahalaşmanı işıqlandırır, amma bir sıra məhsulların ucuzlaşmasına göz yumur: "Siz hər dəfə ətin bahalaşması ilə bağlı azı 5 sual verirsiniz. Lakin kartofun ucuzlaşmasına toxunan yoxdur. Heç kim qeyd etmir ki, ötən il kartofun 1 kiloqramının qiyməti 1 - 1,2 manat idi, hazırda isə 55 qəpikdir. O da yadınızdan çıxır ki, 1 - 1,5 manat olan 1 kiloqram soğan hazırda 15 qəpiyə satılır. Çox maraqlı yanaşmadır. Mətbuat rəqəmləri, informasiyanı, tendensiyanı dolğun, ətraflı təqdim etməlidir. Bir daha qeyd edirəm ki, məhsulların qiymətinə bir çox amillər təsir edir. Bəzi məhsullar bahalaşır, laki bəzi məhsullar ucuzlaşır. Amma nədənsə jurnalistlər ancaq bahalaşmanı görür".

Son zamanlar manatın bahalaşmasının qiymətlərə müsbət təsiri barədə suala isə nazir bu cür cavab verib: "Hələlik manat vur-tut 3-5% bahalaşıb. Yəqin ki, bir müddət sonra bunun təsiri barədə real nəticələri görəcəyik".

H.Əsədov onu da qeyd edib ki, ətin bahalaşmasına təsir edən amillərdən biri də bayramqabağı tələbatın artmasıdır.



Xəbər 2075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +