Azərbaycanda bələdiyyə sədrləri cərimələndi
Prezident hərbçiləri təltif etdi - Adlar
Bakıda 3 avtobus xətdən kənarlaşdırıldı
Türkiyə Almaniyaya nota verdi
35 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi
Sabah külək əsəcək, yağış yağacaq
Bakının bu hissəsi yenə qazsız qaldı
Vergilər Nazirliyi “Turan”ın ofisində axtarışa başladı
“Müharibə qaçılmaz olacaq“
Bu il qəzalarda neçə nəfərin öldüyü açıqlandı

      

16.03.2017  14:02 

Türkiyə referenduma DOĞRU – “Hə” və “yox”





A+  A-

Martın əvvəllərindən başlayaraq Türkiyə bir sıra Avropa ölkələri ilə - Almaniya, Hollandiya və Avstriya ilə diplomatik gərginlik yaşamışdı. Buna səbəb Türkiyə iqtidarının planlaşdırılan konstitusiya referendumunda təşviqat aparmaq üçün Avropada yaşayan türklərin dəstəyini qazanmaq istəyi idi. Avropa ölkələri buna etiraz edərək türkiyəli nazirlərin öz icmaları ilə görüşünə əngəl olmuşdular.
Aprelin 16-da Türkiyədə keçiriləcək referendum dəyişikliyi Avropa ölkələrinin ciddi narazılığına səbəb olub. Belə ki, yeni konstitusiya prezident səlahiyyətlərini kəskin artıracaq, ona parlamenti buraxmaq, nazir və hakimləri təyin etmək səlahiyyəti verəcək, baş nazir postunu isə aradan qaldıracaq.

Ərdoğan dəyişikliklərin ölkənin inkişafını sürətləndirəcəyini, opponentləri isə demokratiyanı uçuruma aparacağını deyir. Bu fonda avropalı türklərin səsləri çox önəmlidir. Belə ki, təkcə Almaniyada 1,4 milyon, Avstriyada 300 min və Hollandiyada 500 min şəxs Türkiyədəki parlament seçkilərində səs vermək hüququna malikdir. Avropalı ölkələr referendum ideyasının demokratiyaya zidd olduğu fikrini dəfələrlə ifadə etdikləri üçün müxtəlif bəhanələrlə (aksiyalar zamanı təhlükəsizliyin qorunması problemləri) belə tədbirləri qadağan etdilər. Rəsmi Ankara Ərdoğanın simasında avropalıları faşizmdə və insan haqlarını pozmaqda ittiham etməklə gərginliyi daha da artırdılar.

Referendumla bağlı fikirlərin müxtəlifliyi təklif olunan dəyişikliklərə bir daha ətraflı nəzər salmağımıza şərait yaradır.

Beləliklə, referendum hansı dəyişiklikləri təklif edir?

-Prezident yalnız dövlət başçısı deyil, icraedici orqanın başına keçəcək
- Baş nazir postu ləğv olunacaq, əvəzində prezidentin təyin edəcəyi vitse-prezidentlər olacaq
- Sərəncamlar vermək, yüksək postları təyinat aparmaq və fövqəladə vəziyyət elan etmək də prezidentin səlahiyyətində olacaq
- Prezidentin səlahiyyət müddəti 5 il olacaq. Bu posta ardıcıl 2 dəfə seçilmək mümkündür.
- Parlament və prezident seçkiləri eyni gündə keçiriləcək
-Prezidentin impiçment olunması üçün Böyük Millət Məclisinin deputatlarının 3-də 2-sinin səsi lazım olacaq.

Konstitusiyaya “hə” deyənlərin arqumentləri
-Ərdoğan tərəfdarları qeyri-müəyyənlik dönəmində referendumun stabilliyi təmin edəcəyini düşünürlər.
- Onlar bunu 1980-ci ildə hərbi çevirilişdən sonra qəbul olunan referendumun modernləşdirilməsi adlandırır
-Dəyişikliklər dövlət qərarlarının verilməsi prosedurunu asanlaşdıracaq, prezident heç kəslə mübahisə etməyəcək

“Yox” deyənlərin arqumentləri

-Ərdoğan hakimiyyəti daha sıx əlində cəmləşdirəcək və hakimiyyət bölgüsündəki balans pozulacaq
- Parlament simvolik rol oynayacaq
- Ərdoğan dövlət, hökumət və məhkəmə sistemi üzərində hakimiyyətini möhkəmləndirəcək

16 aprel referendumunda “hə” səsi çıxarsa, Ərdoğan 2029-cu ilə qədər hakimiyyətdə qalacaq. Belə ki, dəyişikliklər yalnız 2019-cu ildə qüvvəyə minir.

İstənilən halda, referendum qəbul olunarsa, Türkiyənin Avropa Birliyinə daxil olmaq şansları da azalacaq.

(modern.az)

Xəbər 2447 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

16.08.2017  21:46 

Türkiyədə zəlzələ oldu

16.08.2017  18:34 

Binəqədi-Novxanı yolu çökdü

16.08.2017  17:15 

Çovdarov üçün 15 il həbs...

16.08.2017  16:49 

Qadın bulvarda intihar etdi

16.08.2017  13:05 

Türkiyə Almaniyaya nota verdi

16.08.2017  10:58 

“Müharibə qaçılmaz olacaq“

16.08.2017  10:46 

Yenə terror – 30 nəfər öldü

16.08.2017  09:57 

Cəbhədə daha bir TƏXRİBAT

16.08.2017  09:45 

Bu il 29 min adam ölüb


BÜTÜN XƏBƏRLƏR +