Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


15.03.2017  16:43 

Parfümeriya bazarı hərc-mərclik içində boğulur





A+  A-

Keyfiyyətli ətirə sahib olmaq hər kəsin istəyidir. Ancaq ətir bazarının bugünkü durumu çoxlarını çaşbaş salıb. Söhbət təbii ki, Azərbaycandan gedir. İnsanlar ətirə çəkinmədən pul xərcləsələr də, əksər hallarda aldadılırlar. Çünki indi satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək olar, amma onlar orijinal deyil, saxtadırlar.
XəzərNews.az bildirir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da Modern.az-a açıqlamasında bu sahədə alıcıların hər addımda aldadıldığını deyib.

“Bəzən məhsulun qiymətinin ucuz olması onun keyfiyyətinin xəbərçisidir. Amma buna baxmayaraq, yüksək qiymətə satılan keyfiyyətsiz məhsullar da az deyil. Ucuz məhsullar kustar üsulla hazırlanır, ya da vaxtı keçmiş olur. Ümumiyyətlə, dünyada parfümeriyanın 10%-i saxtadır. Saxta ətirlər Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Ukrayna və digər ölkələrdə istehsal edilir. Saxta parfümeriyanın böyük hissəsi Çində istehsal olunur. Keyfiyyətli məhsulu saxtadan ayırmaq üçün məhsulun qiymətinə və qablaşdırılmasına diqqət vermək lazımdır. Orijinal ətir bahalı və keyfiyyətli qutularda qablaşdırılır. Onun üzərindəki yazılar daha dəqiq olur, qutu səliqəli sellofan paketlərə bükülür. Onların üzərində istehsalçı ölkənin, şirkətin adı, keyfiyyət göstəriciləri və istehsal tarixi qeyd olunur. Üzərində istehsal tarixi və yararlılıq müddəti olmayan məhsulları almaq məsləhət deyil. Bu, məhsulun saxta olmasının göstəricisidir”.

Eyyub Hüseynov bildirib ki, ölkənin əmtəə bazarında olan ən brend dükanlarda da saxta mallara rast gəlmək olar.

“Ölkədə sahibkarlar toxunulmazlıq şəraitindən sahibkarlar istifadə edir. Azərbaycanda istənilən ətiri beş dəqiqəyə hazırlayan şəbəkələr də yaranıb. Monitorinq aparsaq, görərik ki, 90 faiz ətirlərin üzərində buraxılma tarixi, son yararlılıq müddəti yoxdur. Bu o deməkdir ki, qeyri-standart olan ətirlər Azərbaycan bazarına gətirilir. Parfümeriya biznesində əgər yaxşı bir brend bazara gələrsə, təxminən bir həftə sonra onun saxta variantı meydana çıxarılır. Hətta saxtaları ondan da yaxşı düzəldilir. Parfümeriya bazarı ümumiyyətlə hərc-mərclik içində boğulur. Təəssüflər olsun ki, ətirlər geri qaytarılmayan mallar siyahısındadır. Alıcı onu aldısa, artıq geri qaytara bilməz. İndi ən brend ətirin saxtasını ən zövqlü dükanlarda tapmaq olar. İDEAL parfüm və kosmetika mağazalar şəbəkəsində satılan bəzi ətirlərin brendə uyğun olmaması barədə bizə şikayətlər daxil olur. Metro çıxışlarında, yeraltı keçidlərdə və s. yerlərdə satılan saxta parfümeriya malları müxtəlif növ dəri xəstəliklərinə gətirib çıxarır. Saxta ətirlərin satılması daha çox bayramlar ərəfəsində baş verir. Çünki bu mallara təlabat artır. Satıcılar hardan və necə gəldi gətirib əhaliyə satırlar”.

Xəbər 2855 dəfə oxunub.




20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +