Deputat Hacı Qalibin həbsini tələb edir
Ermənistan atəşkəsi 120 dəfə pozub
Azərbaycanda biyan zavodu tikilir
İlham Əliyevin ABŞ səfəri başa çatıb
Bakı metrosunda Wi-Fi olacaq?
Lütfi Zadənin oğlu atasının dəfninə gəlməyəcək
Masazırda itlər kişini parçaladı
Müdafiə Nazirliyi MAXE yığır
QMİ-nin saytı fəaliyyətini dondurdu
Yaşlılar arasında bu xəstəlik yayılıb

      

13.03.2017  15:51 

“Əgər arvad adı ilə feysbuka girirsə...” - Siyavuş Novruzov





A+  A-

"Əgər bir kişi öz profilində arvad fotosu və adı yerləşdirərək şərh yazırsa, ondan nə kişi olacaq? Bu cür hərəkətlər heç bir qanuna və kişiliyə sığmır".
XəzərNews.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov sosial şəbəkələrlə bağlı təklifinə qarşı çıxan şəxslərə cavab verərkən deyib.

S.Novruzov artıq həmin şəxslərin kimliyinin hər kəsə məlum olduğunu bildirib: "İndi hər kəsə də bəllidir ki, bu cür işlərlə kimlər məşğul olur. Mənim təklifimə qarşı çıxan adamların özləri bu cür çirkin işlərlə məşğuldur. Ona görə də doğru yolda olan adamlar bu məsələdən qəti narahat olmasınlar. Bundan qanunun aliliyindən qorxaraq, başqa-başqa adlar altında ayrı-ayrı şəxsləri təhqir etməklə və ermənilərdən 5 manat pul alıb, Azərbaycan əleyhinə çirkin təbliğat aparan şəxslər qorxsunlar".

Komitə sədri qeyd edib ki, sosial şəbəkələrdə onun fikirlərini ayrı istiqamətlərə yozan qüvvələr Azərbaycan dövlətçiliyi əleyhinə aparan adamlardır: "Onların mənim fikirlərimi başqa cür təqdim etməyə haqları yoxdur. Mən tam obyektiv olaraq bildirmişəm ki, sosial şəbəkələrdə Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd və erməni mənbələrinə istinad edilən olan müxtəlif məlumatlar yayırlar. Misal üçün, bu yaxınlarda "Meydan TV" Azərbaycan ordusu ilə bağlı erməni mediasında dərc olunan yalan məlumatları yenidən yaymışdı. Bəzi internet saytları və qüvvələr ermənilərə xidmət edən bu cür məlumatları Azərbaycan cəmiyyətinə sırımaq istəyirlər. Bu cür xəbərləri yazanların ermənilərdən heç bir fərqi yoxdur. Çünki bu adamlar ermənilərin Azərbaycan əleyhinə söylədiyi yalan və qondarma fikirləri cəmiyyətimizə çatdırır. Təbii ki, bütün bunlar belə davam edə bilməz. Bunun qarşısını almaq üçün mütləq internetə nəzarət mexanizmi olmalıdır. Yoxsa ki, sən qaçıb xaricə get, oradan da Azərbaycan əleyhinə yalan fikirlər yaz, heç kəs də səni məhkəməyə verə bilməsin! Həmin adamlar düşünməsin ki, onlar anonim adlarla istədiyi şəxsi təhqir edə biləcək. Bu cür hallara qarşı qanun çərçivəsində addımlar atılmalıdır. Əgər sosial şəbəkələrdə qeydiyyatdan keçən şəxslər doğrudan da qanuna zidd fikirlər söyləmirsə, heç bir cinayətə və ya qanun pozuntusuna yol vermirsə, o zaman adını, soyadını və ünvanını dəqiq yazıb göstərsin. Daha niyə anonim adlarla qanuna zidd hərəkətlərə yol verir?".

Xəbər 1007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

21.09.2017  10:11 

Azərbaycanda biyan zavodu tikilir

20.09.2017  23:54 

FED uçot dərəcəsini dəyişmədi

20.09.2017  18:06 

Əli Ömərov YAP-dan istefa verdi

20.09.2017  17:26 

Məzənnə dəyişmədi

20.09.2017  17:11 

Dino Ndlovu milliyə çağırıldı

20.09.2017  16:48 

Bakı metrosunda Wi-Fi olacaq?

20.09.2017  15:57 

Müdafiə Nazirliyi MAXE yığır


BÜTÜN XƏBƏRLƏR +