Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


11.03.2017  09:34 

Bank dünyasını dəyişmiş adama məktublar göndərir - VİDEO





A+  A-

Banka kredit borcu olan həyat yoldaşı dünyasını dəyişdi. Bankdan isə borcu olması ilə baglı ailəyə məktublar gəlir.
XəzərNews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, Lənkəran rayon Bürcəli kənd sakini Mapəri Ağayeva 2015-ci ildə bankdan 2500 ABŞ dolları məbləğində kredit götürüb. İşlədiyi yerdən arayış alıb banka təqdim edən Mapəri Ağayeva hər ay 86 manat ödəməklə 1 il kreditin ödənişini vaxtlı-vaxtında həyata keçirib.
Mapəri Ağayeva bu ilin yanvar ayında dünyasını dəyişib. Həyat yoldaşı Söhbət Məmmədovun dediyinə görə, həyat yoldaşı dünyasını dəyişdiyi ay banka onun ölməsi ilə bağlı ölüm kağızını da təqdim edib. Lakin vəfat etdikdən iki ay sonra qadının adına evinə krediti ödəmədiyi üçün məhkəmə tərəfindən məktub göndərilib.
İndi dünyasını dəyişən Mapəri Ağayevaının banka 2265 ABŞ dolları borcu var. Hazırda həyat yoldaşı çarəsiz qalıb. O bilmir ki, ölən həyat yoldaşının borcu necə ödənməlidir. Mütəxəssislərin sözlərinə görə, rəhmətə gedən şəxsin borcu onun birinci dərəcəli ailə üzvlərinə yönləndirilə bilər. Amma burda bəzi nüanslara ciddi fikir vermək lazımdır.
O ki qaldı məhkəmə tərəfindən dünyasını dəyişmiş adamın adına məktub gəlməsinə, yəqin ki, bu bankın məhkəməni düzgün məlumatlandırmamasından irəli gəlir. Yəni dünyasını dəyişmiş adamın adına gəlmiş bildiriş və müraciətlərlərin heç bir hüquqi qüvvəsi yoxdur. Həmin adamın yaxınlarının buna görə hüquqi məsuliyyəti də nəzərdə tutulmur.


Xəbər 1725 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +