Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


10.03.2017  21:19 

“Məhkəmənin hansı qərarı verəcəyini bilmirik“ - Rövnəq Abdullayev





A+  A-

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev "Report"a müsahibə verib:
XəzərNews.az onunla müsahibəni təqdim edir:
- Azərbaycan cüdo yığması ilk yarış günündə cəmi 1 bürünc medal qazandı. Bu nəticəni necə dəyərləndirirsiniz?
- Normal. Bu, artıq ənənəvi xarakter alıb. Ötən il 100-dək ölkə təmsil olunurdu. Bu il isə İslam Həmrəyliyi Oyunları səbəbindən yarış vaxtını dəyişdik. Böyük turnirdir. Böyük Dəbilqənin vaxtını dəyişməklə 30-dan artıq ölkə Bakıya gəlibsə, yaxşı göstəricidir. Bu, həm də bir məşqdir. Əsas məqsədimiz Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına yaxşı hazırlaşmaqdan, milli komandanı formalaşdırmaqdan ibarətdir.
- Bəs 2018-ci ildə Bakıda təşkil olunacaq dünya çempionatına hazırlıq necə gedir?
- Hazırlıq hər gün gedir. 4 illik tsiklin sonu 2020-ci il Tokio Yay Olimpiya Oyunları olacaq. Hazırlıq olimpiadadan olimpiadayadır.
- Böyük Dəbilqə hələ iki gün də davam edəcək. Növbəti günlərdə medal şanslarını necə dəyərləndirirsiniz?
- Daha çox orta və ağır çəki dərəcələrində imkanlarımız yüksəkdir. Yəqin ki, onlar da öz sözlərini deyəcəklər. Bir qədər tamaşaçı sarıdan zəif göstərici müşahidə olunmaqdadır.
- Belə hal futbolda da müşahidə olunur...
- (Gülür) Belədir də... Gərək idmançılar da yaxşı nəticə göstərsinlər.
- Qadın cüdoçuların çıxışları ilə bağlı nə deyə biərsiniz?
- Bu istiqamətdə də çalışırıq. Açığı, bir neçə legioner də cəlb etmişik ki, komandamız güclənsin. Əcnəbi olanda yerliləri də özləri ilə irəli dartırlar. 2 və ya 3 səviyyəli, titullu cüdoçu gətirəcəyik. Növbəti olimpiadaya hazırlıq prosesi uzunmüddətlidir. Bizdə Kifayət Qasımovadan sonra yeni nəsil yetişməyib. Artıq bir neçə legioner cüdoçunun Azərbaycan millisində çıxış etməsinə dair razılığa gəlmişik. Digər çəki dərəcələrində isə yerli cüdoçu yetişdirməyə çalışacağıq.
- 2016-cı ilin sonlarında keçirilmiş Azərbaycan çempionatı barədə nə düşünürsünüz?
- Çox səviyyəli yarış alındı. İştirakçıların sayı 700-ü keçmişdi. Halbuki əvvəllər bu göstərici 150-200 idi. Ölkənin bütün bölgələrindən gəlmişdilər. Ən əsası, federasiyamız hər bir bölgədə dayaq nöqtəsi açıb. Məşqçilər hazırlanır, zallara döşəklər göndərilir. Çalışırıq ki, maksimum kütləviliyə nail olaq.
- Azərbaycan yığmasının sabiq baş məşqçisi Peter Zayzenbaxer klublararası ölkə çempionatını bərpa etmək istəyirdi. Bu məsələ nə yerdədir?
- Əslində Azərbaycan çempionatı klublar arasında keçirilir. Sırf klublararası çempionat isə görüşlərin səviyyəsini bir qədər aşağı salır. Hətta olimpiada iştirakçıları da ölkə çempionatına qatılır. Bu da çempionatı daha maraqlı edir.
- Yeri gəlmişkən, millinin baş məşqçisini nə zaman təsdiqləyəcəksiniz?
- Hazırda axtarışdayıq.
- Demək olarmı ki, Zayzenbaxerlə davam etməyəcəksiniz?
- Demək olar... Hələ Avstriya məhkəməsinin onun barəsində hansı qərarı verəcəyini bilmirik. Yəqin ki, pozacağıq.
- Yeni baş məşqçini İslam Həmrəyliyi Oyunlarından sonra təyin edəcəksiniz?
- Yəqin ki... İslamiadaya yığmamızı yerli məşqçilər çıxaracaq. Sonra isə yeni baş məşqçi məsələsi üzərində düşünəcəyik.
- Namizədləri müəyyənləşdirmisiniz?
- Bəli, amma indidən deyə bilmərəm. Azərbaycan yığmasına baş məşqçi gəlmək istəyənlər arasında böyük rəqabət var. Bu, elə-belə məsələ deyil.

Xəbər 3675 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +