İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


09.03.2017  10:52 

Arif Əsgərovun oğlu kimlərə nə qədər “pul atıb”? - Şok rəqəmlər+Siyahı





A+  A-

Arif Əsgərovun Yardımlı rayon İH-nin başçısı işləyən qardaşı Ayaz Əsgərovla bağlı ilginc məlumatlar da araşdırılma mərhələsindədir. Onun rayonda keçirilən tenderlərlə bağlı maxinasiyaları, yeyinti faktları,... haqda növbəti günlərdə yazacağıq.
Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildikdən sonra bu qurumun rəhbərliyində təmsil olunan şəxslər ətrafında xeyli söz-söhbətlər özünə yer aldı.

XəzərNews.az AFN-ə istinadən xəbər verir ki, mediada yazılan yazıların əsas hədəflərindən biri də nəqliyyat nazirinin müavini Arif Əsgərovdur. Sabiq müavinin ölkəni tərk etmək məcburiyyətində qalması belə mətbuatda yazıldı. Bu məlumatlarda bildirilirdi ki, 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlanıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdilər. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Məsələ mətbuatda hallanmağa başlayan kimi A.Əsgərov oğlunu xaricə göndərdi.(musavat.com)

İllərlə uzanan istintaqdan yayınmağı bacaran A.Əsgərov 2015-ci ildə ölkə prezidentinin fərmanı ilə tutduğu vəzifədən azad edilir. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin olunur və bununla da 2 il öncə mümkün həbsdən canını birtəhər qurtara bilir. A.Əsgərovun oğlu Elnar Əsgərov və dəstəsinin əməlləri haqda AFN-ə daxil olan məlumatlardan görünür ki, onların “pul atma” məsələləri qarşısında hüquq-mühafizə orqanları da acizdi. Belə ki, redaksiyamıza Elnar Əsgərov və dəstəsinin üzvləri sayılan, hazırda həbsdə olan xalası oğlanlarının kimlərə və hansı məbləğdə pul atdıqlarının siyahısı təqdim edilib. Siyahını verən mənbə bildirir ki, bu dəstə insanların etibarından istifadə edərək külli miqdarda “pul atma” işi ilə məşğul olur: “Rahib Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-də mühüm posta-beynəlxalq yükdaşımalar idarəsinin rəisi vəzifəsinə gətiriləndən sonra Elnarın “qara işləri”ni görməyə başlayıb. Bundan əlavə olaraq, Rahib Hüseynov qaynatası, hazırda “Azəravtoyol servis ASC”-nin müavini Əvəz Qocayevə də pul “atıb”. Əvəz Qocayev də kürəkəninin bu əməllərini biləndən sonra qızını rəsmi olaraq ondan boşatdırıb. İndi isə həbs olunan Rahib və Emin Hüseynovların valideyinləri övladlarının günahsız olduğunu sübut etməyə çalışırlar. Halbuki onların övladları haqsız cəza çəkmir, bu işdə yerində olmayan yeganə məsələ A.Əsgərovun oğlunun hələ də azadlıqda qalmasıdır. Ölkə prezidenti dəfələrlə məmur övladları barədə çıxışlarında onların qudurğanlıqlarından danışır. Görünən odur ki, prezidentin dediklərinin Arif Əsgərova, oğlu Elnar Əsgərova heç bir aidiyyatı yoxdur”.
E.Əsgərov və dəstəsinin “pul atdığı” adamların siyahısını təqdim edirik:

1. Bakıda "Viana Kənan" kimi tanınan Kənana (kecmiş iqtisadi inkişaf nazirinin bacısı oğlu)-4 milyon dollar.

2. Masallılı iş adamı "Hacı Mazan"ın oqlu İsmayıla-2,5 milyon dollar.

3. “Yevrey Elsun” kimi tanınan iş adamına -1 milyon.

5. Kecmiş rektor, hazırkı deputat Əhliman Əmiraslanovun qaynı oğlu, Bağırov Vüqara -3.5 milyon dollar.

6. Türkiyə Respublikasının Səməd adlı vətəndaşına-1 milyon dollar. Elnar və xalası oğlunun dəstəsi türk iş adamının pulunu Qazaxızstan-Türkiyə -Rusiya dövlətlərinə taxıl daşıma adı altında alıblar.

7. Atakan adlı daha bir türk vətəndaşı -40 min dollar

8. Elnar Əsgərov öz sürücüsü olan Əli adlı şəxsə də 40 min dollar atmağı unutmayıb.

9. Müşfiq adlı biznesmənə isə 750 min dollar.

Qeyd edək ki, bu, redaksiyamıza daxil olan siyahının müəyyən bir hissəsidir. Məsələ ilə bağlı bəzi dəqiqləşdirmələrə ehtiyac olduğu üçün digər şəxslərin adlarını hələlik qeyd etmirik.

Araşdırmalarımız davam edir, bizi izləyin.

P.S. Arif Əsgərovun Yardımlı rayon İcra Hakimiyyətinin başçısı işləyən qardaşı Ayaz Əsgərovla bağlı AFN-ə daxil olan ilginc məlumatlar da araşdırılma mərhələsindədir. Onun rayonda keçirilən tenderlərlə bağlı maxinasiyaları, yeyinti faktları, müavinləri ilə arasında olan problemlər haqda növbəti günlərdə yazacağıq.

Xəbər 4320 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +