Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


08.03.2017  10:48 

Azərbaycanda qızıl istehsal edən dövlət şirkəti işə başlayıb





A+  A-

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli sərəncamına əsasən, ölkədə qiymətli metal-filizi yataqlarının istismarı məqsədi ilə dövlətəə məxsus “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Nazirlər Kabinetinin 2016-cı il 11 may tarixli 187 nömrəli qərarı ilə isə təşkilatın nizamnaməsi və strukturu təşkil edilib.
XəzərNews.az bildirir ki, Modern.az saytı qurumun yaradılandan sonra hansı işlər gördüyü ilə maraqlanıb.

Məlum olub ki, respublika ərazisində 6 qiymətli və əlvan metal filiz (Gədəbəydə Qaradağ, Naxçıvanda Göydağ, Qazaxda Dağkəsəmən filiz sahələri, Balakəndə Köhnəmədən sahəsi, Göygöldə Kürəkçay hövzəsi yatağı, Daşkəsəndə Çovdar) mədənlərindən istifadə hüquqları “AzerGold” QSC-yə ötürülüb.

Hazırda “AzerGold” QSC tərəfindən 186 nəfər işçi cəlb edilib ( mədən sahəsində əsasən yaxınlıqda yaşayan əhalinin işə qəbuluna üstünlük verilir) və onlar artıq hasilat üçün hazır olan Çovdar filiz emalı sahəsində işlə təmin olunub.

Həmçinin “AzerGold” QSC tərəfindən həyata keçirilməli olan fəaliyyətin təmin edilməsi məqsədi ilə müvafiq lisenziyaların alınması prosesi başa çatdırılıb. 2016-cı il 5 dekabr tarixində Dağ-mədən ayırması sənədi, 2016-cı il 23 dekabr tarixində Dağ-mədən işçiləri, dağ və buruq qazmalarının aparılması üzrə lisenziya alınıb.

Qızıl-gümüş külçələrin saflaşdırılması ilə bağlı nüfuzlu affinaj şirkətinin seçilməsi, hüquqi ekspertiza və təhlil prosesi ilə bağlı işlər yekunlaşdırılıb.

“AzerGold”dan qeyd edilib ki, QSC tərəfindən mədən və yataqlarla bağlı görüləcək işlərin planı və qarşıya qoyduğu hədəfləri əks etdirən 5 illik ortamüddətli strategiya planı hazırlanıb. Bu strategiyanın tərkib hissəsi kimi, 2017-ci il üçün Çovdar qızıl mədənində (Daşkəsən rayonu) qiymətli metal filizinin yerüstü oksid hissəsinin istifadəsi nəticəsində 40 min unsiya (1286kq) qızıl və 60 min unsiya (1929 kq) gümüşün hasil edilməsi proqnozlaşdırılır.

Sonrakı illərdə Səhmdar Cəmiyyət digər filiz mədənlərinin (Balakən rayonunun Köhnəmədən sahəsində yerləşən Filizçay və Mazımçay yataqları və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Göydağ filiz sahəsi) istismarı ilə əlaqədar işlərin həyata keçirilməsini planlaşdırır.

Xəbər 2387 dəfə oxunub.



28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +