İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.03.2017  17:58 

“Rusiyanın xoşuna gəlmək üçün öz millətimizi danmalıyıqmı?”





A+  A-

“Həmkarım Arif Rəhimzadəyə obyektiv insan kimi hörmətim olsa da, bu məsələdə tamamilə yanlış düşündüyünü söyləyə bilərəm. Müsahibədə səsləndiirdiyi fikirləri hətta zərərli hesab ediəm. Doğrudur, Arif müəllimin özü də təkzib verərək, fikrinin təhrif olunduğunu söylədi, ancaq media vasitəsilə bu fkirlərin yayılması yaxşı hal sayıla bilməz. Halbuki bir neçə gün öncə Rusiya deputatları ilə görüşdə Arif Rəhimzadə Azərbaycanın maraqlarını müdafiiə edən və Rusiyanın addımlarını ittiham edən çox cəsarətli çıxış etmişdi. Yəni Azərbaycan maraqlarını düşünən, dövlətçilik üçün fədakarlığa hazır olan insanlardan biri olduğuna qətiyyən şübhəm yoxdur”.
Bu sözləri deputat Fazil Mustafa Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Rusiyanın km.ru xəbər portalına verdiyi müsahibədə “azərbaycanlılar türk deyil” fikrinə münasibət bildirərkən deyib.

Fazil Mustafanın fikrincə, A.Rəhimzadənin başqa ölkələrin media quruluşlarının təxribatçı suallarına daha diqqətlə yanaşması lazım idi.

“Baxın, şəxsən mən, türk millətndən olmağı özüm üçün şərəf hesab edirəm. Bu gün dilimizin adı siyasi anlamda Azərbaycan dilidir. Elmi cəhətdən Azərbaycan dili deyilən bir dil varmı? Bu dilin mənşəyi varmı? Xalq öz dilini doğru söyləməyəcək, onu dəyişdirəcək ki, bu kiminsə xoşuna gəlməyə bilər? Necə olur ki, Azərbaycanda talış, ləzgi, udin, kürd dillərinin mövcudluğundan danışılır, ancaq türk dilinin varlığından danışmaq qəbahət sayılır? Azərbaycanda türk dili yoxdur? Əslində isə Azərbaycan adlı bir dil yoxdur. Bu dilin elmi adı alternativsiz Türk dilidir. Millətin adını azərbaycanlı deyirsən. Azərbaycanlı millət var? Bu addan bir vətəndaşlıq modeli olaraq istifadə olunur. Vətəndaşlıq modelindən başqa bu mənşə olaraq nə millətidir? Təbii ki, Azərbaycanda bütün millətlərdən var, amma dominantlıq təşkil edən türklərdir. Türklər də bütün milli azlıqların hüquqlarının qorunmasının təminatçısıdır. Həm də buna görə məsuliyyət daşıyırlar. Onda rus xalqı desin ki, biz yoxuq. Biz Rusiya xalqıyıq? Onda da bzim kimi özbəöz türk olan tatar özünə tatar desin, çeçen özünə çeçen desin, rus da desin ki, mən rusiyalıyam? Bəli Azərbaycan dövləti var, hamımız Azərbaycan vətəndaşıyıq, hamımız qanun qarşısında bərabər hüquqa malikik. Amma bu dilin adı türk dilidir. Çoxluq adı türk dili olduğu üçün azlıq da ümumi ünsiyyət vasitəsi kimi bu dili qəbul etməlidr. Necə olur ki, Anadolu türkü türk sözünü özünə şamil edir, biz türk ola-ola bunu özmüzə şamil etmirik? Sadəcə bu tanıtımı biz siyasi məqsəd kimi istifadə etməməliyik. Biz onsuz da Azərbaycan vətəndaşı kimi bərabər hüquqa malikik. Hansısa azsaylı xalqların narazı qalmaması üçün, yaxud da Rusiyanın xoşuna gəlmək üçün öz millətimizi danmalıyıqmı? Əksinə bunu açıq söyləyərək onlarla daha çox səmimi oluruq. Açıq söyləməyəndə onlar özlərini bizim ümumi ad altında daha çox ərimiş hiss edirlər və qeyri -səmimilik yaranır. Ermənilər bizi olduğu kimi Türk çağırırlar, bizdə isə bir çoxları nədənsə öz gerçək adımızı söyləməkdən utanır”.

(modern.az)

Xəbər 3702 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +