Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


01.03.2017  09:57 

Direktor valideynlərdən rüşvət yığır - Məktəbdə qalmaqal





A+  A-

Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur.
XəzərNews.az xezerxeber.az-a istinadən xəbər verir ki, valideynlərdən biri summativ qiymətləndirməyə görə pul yığmaq üçün tərtib olunan vərəqin şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Rüşvət qalmqalı böyüdüyündən Təhsil Nazirliyi araşdırmaya başlayıb.

Valideynin yazdığı izahatda söhbət ona sinifin valideyn komitəsi tərəfindən təqdim olunan bu aktdan gedir.

Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru Vladim İbrahimov keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırıb. Valideyn aktın şəklinin çəkib sosial şəbəkədə paylaşandan sonra sözü gedən təhsil ocaqında rüşvət iddiaları ortaya çıxıb.

21 saylı orta məktəbin valideynləri də onlardan pul yıgıldıgını təsdiqləyir. Lakin onlar hər summativə 1manatı öz xoşları ilə verdiklərini deyirlər.

Məsələ ilə bağlı Məktəb direktoru Vladim İbrahimov şifahi bildirib ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil. Valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi.

Sumqayıt şəhər təhsil şöbəsindən isə bildirilib ki, summativ xərcləri məktəb tərəfindən qarşılanmalıdır. Məsələ ilə bağlı 21 nömrəli tam orta məktəbdə bir neçə gün bundan öncə valideyn sikayətləri əsasında ciddi yoxlamalar aparılıb. Nəticədə Təhsil şöbəsinin müdiri Nizami Namazovun əmri ilə Vladim İbrahimova sonuncu şiddətli töhmət verilib və toplanmış sənədlər Təhsil Nazirliyinə göndərilib. Yaxın günlərdə məsləyə hüquqi qiymət veriləcək.


Xəbər 2372 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +