Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


28.02.2017  16:33 

Bakıda gəncləri tələyə salan qızlar… - Dəstə həbs olundu





A+  A-

Uzun müddətdir mediada haqqında tez-tez məlumatlar dərc olunan cinayətkar qrup zərərsizləşdirilib.
Məlumata görə, Bakıda sosial şəbəkələr üzərindən özlərinə qurban cəlb edib onu kafeyə çağıraraq orada külli miqdarda hesab ödəməyə məcbur edən mütəşəkkil dəstə üzvləri saxlanılıb.

Belə ki, vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib. R.Xəlilov bir neçə ay axtarışda olub və ötən ilin sentyabr ayında saxlanılıb, həmin zaman üzərindən soyuq silah olan bıçaq aşkar edilib. Digər şəxslər isə may ayında saxlanılıblar.

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə “Facebook” və “Odnoklassniki”də intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri müəyyən olunan kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub. Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu götürüblər. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.

İstintaq zamanı müəyyən edilib ki, mütəşəkkil dəstə mütəmadi olaraq yerlərini dəyişib, eyni məkanda uzun müdddət fəaliyyət göstərməyiblər. Belə ki, zərərçəkmişlər – Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Eldəniz Rüstəmov və Gürcüstan vətəndaşı 1982-ci il təvəllüdlü Əliş Rəhimlinin epizodu üzrə cinayət hadisəsi Ə.Cavad küçəsində yerləşən “Rublyovka” klubunda baş verib. E.Rüstəmovdan 50, Ə.Rəhimlidən 45 manat alıblar.

Dəstə üzvlərinin istifadə etdikləri bir çox məkanın adı belə olmayıb. Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Məmmədovdan 130 manat pulu hədə-qorxu gələrək və döyərək R.Zorge küçəsi 12c saylı ünvanda yerləşən kafedə alıblar. Digər cinayətlər isə Puşkin küçəsi 10 saylı ünvanda yerləşən kafedə baş tutub. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlkin Qəhrəmanovdan 50 manat, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elxan Abbasovun 40 manat, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sakit Qurbanovdan 65 manat, Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Sətiyevdən 740 manat pulu bu kafedə alıblar. Həmin zaman zərərçəkmişlərin hər biri döyülərək xəsarət alıb.

E.Balakişiyev barmen kimi fəaliyyət göstərib, müştəri hesabı ödəmədikdən sonra digər dəstə üzvləri ilə birlikdə ondan pulun zorla alınmasında iştirak edib. Maraqlıdır ki, bütün müştərilərə təqdim edilən saxta hesab 153 manat olub.

Təqsirləndirilən şəxslərdən İ.Meybullayev, R.Rəhimov, E.Balakişiyev və A.Məmmədov Cinayət Məcəlləsinin 180.3.1-ci (soyğunçuluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə, A.Musayevə CM-nin 180.3.1 və 182.3.1-ci maddələri ilə, R.Xəlilov isə 180.3.1, 181.3.1, 182.3.1 və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham ediliblər. R.Xəlilov bundan əvvəl Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bununla yanaşı, digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, “Gülü”, “Leyla” adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürülüb. Bununla bağlı da araşdırmalar davam etdirilir. G.Əsgərova istintaq zamanı şahid qismində dindirilərkən bütün cinayətləri etiraf edib. Digər təqsirləndirilənlər də özlərini qismən təqsirli bildiklərini deyiblər.

(qafqazinfo.az)

Xəbər 2507 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +