Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


28.02.2017  12:22 

Vətəndaş yağdan zəhərlənir, dövlət komitəsi isə məsələyə əhəmiyyət vermir





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayev “Kubanskaya semeçka” yağından zəhərlənən Bakı şəhəri sakini Səidə Məmmədovanın şikayət ərizəsinə cavab yazıb. Dövlət xidmətinin rəisi məktubunda istehlakçıya məhkəməyə müraciət etməyi məsləhət bilib?!
Maraqlıdır, Z.İsayev rəisi olduğu xidmətin səlahiyyətlərindən məlumatlıdırmı?

Şikayətçinin müraciətini məhkəmə araşdıracaqsa, onun tutduğu post, çoxsaylı işçilərinin ştatları niyə yaradılıb? Dövlət büdcəsindən hər ay əmək haqqı şəkilində özünə və işçilərinə verilən vəsaiti niyə, hansı işlərinə görə alırlar?

Hər halda bu sualları gec-tez araşdıran, cavab verən olacaq.

Hələliksə, Azərbaycanın yağ bazarıdna “dərə xəlvət, tülkü bəy” məsəli, “boğazları yağla, işini gör” qaydası hökmrandır. Bundan zərər çəkən isə əhalinin böyük əksəriyyətidii. Hələ bir müddət əvvəl “Azad İstehlakçılar” İctimai Birliyinin sədri(AİİB) Eyyub Hüseynovun Azərbaycanda yağ adına zəhər satılması ilə bağlı açıqlama vermişdi. Aydın olmuşdu ki, bu gün ölkə boyu mağazaların piştaxtalarını bəzəyən, vətəndaşları zəhərləyən “Кубaнская семечка” yağı istehlakçıya qarğıdalı yağı kimi təqdim edilsə də, əslində isə tərkibi naməlum mayedir.

Ötən ilin dekabrın ortalarında Eyyub Hüseynov mətbuatda ildırım surəti ilə yayılan bir açıqlama yaydı. Dedi ki, “Кубaнская семечка” yağının ekspertizasını keçirib. Eyyub Hüseynovun sözlərinə görə, buna səbəb istehlakçılardan daxil olan telefon zəngləri və AİİB-ə ərizə ilə müraciət etmiş Bakı şəhəri sakini Səidə Məmmədovanın şikayət ərizəsi olub.

Vətəndaşların qaldırdığı məsələyə aydınlıq gətirmək üçün marketlərdə satılan 1 litrlik “Кубaнская семечка” bitki yağının akkreditasiya olunmuş laboratoriyada laborator müayinəsini aparılıb. Məqsəd bu yağların həqiqətən etiketində yazıldığı kimi “qarğıdalı yağı” olub-olmamasını müəyyən etmək olub. Laboratoriya müayinələri bitki yağlarına məxsus yağ turşularının, xüsusən də qarğıdalı yağını xarakterizə edən C16:0 palmitin yağ turşusunun kütlə payının araşdırılmasına yönəlib və məlum olub ki, istehlakçıların narazılığı səbəbsiz deyil. “Кубaнская семечка” bitki yağının qarğıdalı yağı olmadığı müəyyən olunub. Bəs “Кубaнская семечка” markası altında satılan yağ qarğadalı yağı deyilsə, nə yağdır?

O dövrdə araşdırmalarımız zamanı bəlli olmuşdu ki, “Azad İstehlakçılar” İctimai Birliyinə şikayət edən istehlakçı Səidə Məmmədova İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayevə də müraciət edib.

İstehlakçı xanım hüquqlarını qorumalı olan xidmət rəisinin diqqətinə çatdırıb ki, orqanizmi digər yağlara həssas olduğundan həmişə qarğıdalı yağı işlədir. Növbəti dəfə marketdən Rusiya istehsalı olan “Kubanskaya semeçka” qarğıdalı yağı alıb. Xörək hazırlayarkən həmin yağdan istifadə edib. Bundan sonra isə orqanizmində ciddi fəsadlar meydana çıxıb, başı ağrıyıb, ürəyi bulanıb, qaytarmalar və s. olub. Həkim müdaxiləsindən sonra birtəhər özünə gəlib. Səbəbini qarğıdalı yağında gördüyündən yağın tərkibinin araşdırılması məqsədi ilə Azad İstehlakçıkar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib.


Laboratoriya şəraitində yağın tərkibi yoxlanılan zaman bəlli oldu ki, heç də “Kubanskaya semeçka” nın tərkibində qarğıdalı yoxdur. Standartlara cavab vermir. Tərkibin hansı qarışıqlardan ibarət olduğu da bəlli deyil. Bu barədə elektron mətbuatda da materiallar dərc olunub. Tərkibi bəlli olmayan yağların satışı İstehlakçıların hüquqlarını ciddi şəkildə pozduğundan, bu barədə qanunu şəkildə tədbir və ölçü götürmək və nəticəsi barədə bir istehlakçı olaraq ona məlumat verilməsini də Zahid İsayevdən xahiş edib.

Həmin vaxt istehlakçının müraciətində göstərdiyi məlumatların yoxlanılması üçün hansı addımların atıldığını və ya atılmadığını öyrənmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçilarin hüquqlarinin müdafiəsi dövlət xidmətinin rəisi Zahid İsayevlə əlaqə saxlamağa cəhd etmişdik. 498-15-01 telefon nömrəsini yığıb rəislə danışmaq üçün 30 06 daxili nömrəsini yığdıq.

Zahid İsayevin köməkçi Vüsalə xanım dedi ki, suallara cavabı İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən. Sorğumuza qısa müddətdə cavab verəcəyini bildirən şöbə əməkdaşı sonrakı zənglərimizi cavabsız buraxdı. Səbəbi haqda yanlız ehtimalar irəli sürmək olar – məsələn düşünmək olar ki, Azərbaycan istehlakçıların hüquqlarını qorumalı olan qurum rəsmiləri öz işlərini görməkdə həvəsli deyil. Halbuki oturduqları geniş, yaxşı isidilən, işıqlı otaqlardakı kreslolar, xidməti maşınlar, köməkçi-katibələr, aybaay büdcədən aldıqları məvacib də məhz istehlakçıların hüquqlarını müdafiə etmələrinə görə bu adamlara verilir.

Bu adamlar isə öz işlərini görmürlər, hərəkətsizlik edirlər. Niyə? Maraqları, məqsədləri nədir? Ötən yazımızda verdiyimiz bu sualların cavabı Z.İsayevin istehlakçıya yolladığı məktubda özünü biruzə verir – xidmət rəisi həm maaş alır, həm də işini görmək istəmir. Vəzifəsinin üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməmək üçün istehlakçını məhkəməyə yönləndirir. Görəsən Zahid İsayev “Kubanskaya semeçka” yağından yeməyib ki?

(istiqlal.az)

Xəbər 2780 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +