Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


16.02.2017  17:30 

“Çovdarov bir az abırlıdır, bunlarda şərəf yoxdur”





A+  A-

 

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, şahid, “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyev xəstə olduğu üçün məhkəməyə gəlməyib.

Zərərçəkmiş, MTN-də həbslə hədələnib 1 milyon dolları alınan Akif Qurbanovun oğlu Vüqar Qurbanov ifadə verərək deyib ki, 2013-cü ildə atası ona zəng edib və MTN-ə aparıldığını deyib: “Atam məndən soruşdu ki, MTN-lə bağlı problemin var? Dedim ki, heç bir problemim yoxdur. Axşam zəng edib MTN əməkdaşları tərəfindən saxlanıldığını, sərbəst buraxılması üçün pul istədiklərini dedi. Soruşdum ki, nə məsələdir? Dedi ki, Etibar Əliyevlə münasibəti olub, tikinti işləri görüblər. Atam sərbəst buraxılandan sonra xaricə getdi. Bundan sonra Vüsal Ələkbərov zəng edib məni çağırdı, getdim. Orada atam gəlməsə məni həbs edəcəyini dedi. Məni bir neçə dəfə belə çağırıb axşama kimi saxlayıb buraxdılar. Bir neçə aydan sonra atam ölkəyə gəlib 1 milyon dolları topladı və özümüzə məxsus “Briz-L” klinikasının yanında onları Vüsala verdik. Bunun üçün əmim Münasibdən 300 min manat, yeznəm Emindən 200 min manat aldı. Birlikdə tikdirdiyimiz binaların satışından əldə olunan və məndə olan 200 min manatı da verdim. Qalan pulu atam özü düzəltdi. Bizim Etibar Əliyevlə heç bir əlaqəmiz olmamışdı, sadəcə bankdan iş görmək üçün kredit götürmüşük”.

V.Qurbanov deyib ki, hadisə baş verən zamanı 13-cü Polis Bölməsinin rəisi olub və hədə-qorxu gəlindiyi üçün heç yerə şikayət etməyib. 2013-cü ildə öz ərizəsi ilə işdən azad olunub.

V.Ələkbərovun vəkili onu ağır cinayəti bilib gizlətməkdə ittiham edib, hakim isə buna etiraz edib: “Bu şəxsi MTN-ə çağırıb, hədə-qorxu gəliblər, günlərlə orada saxlayıblar. Amma iş üzrə zərərçəkmiş şəxs qismində yox, şahid qismində tanınıb. Əslində isə zərərçəkmiş şəxs qismində tanınmalı idi. Biz çox məsələnin üstündən keçirik. Amma Vüsal Ələkbərovun vəkilləri şahidlərə belə suallar verməklə, müdafiə etdikləri şəxsin ittihamını ağırlaşdırılar. Bu şahid zərərçəkmiş şəxs qismində tanınmalı idi, burada da Vüsal Ələkbərova qarşı mülki iddia qaldırmalı idi”.

V.Qurbanov deyib ki, MTN-ə çağırılarkən onu Mövlam Şıxəliyevin qəbul edəcəyini desələr də, müavini Təhsin Ağayevlə görüşdürdülər.

Zərərçəkmiş, MTN-də həbs edilərək azadlığa çıxması üçün 2 milyon dolları alınan Hüseyn Səfərovun qohumu Oqtay Abuzərov ifadə verərək deyib ki, onun həbsdən azad olunması üçün ailəsi pul toplayanda o da 130 min manat verib, sonra isə 80 min qaytarılıb.

Vüsal Ələkbərov heç kəsdən pul almadığını, zərərçəkmişlərin onun pul tələb etməsi barədə rəy formalaşdırdıqlarını deyib.

İş adamı Hüseyn Səfərov isə Vüsal Ələkbərova cavabında Etibar Əliyevin məhkəməyə gəlib danışmasını tələb edib: “Vüsal Ələkbərov pulu bizdən MTN-də alıb. Amma etiraf etmir, adamın kişiliyi olar, qüruru olar. Etibar Əliyev bura gəlsin, onunla çox söz-söhbətimiz açılacaq. Dövlət Sərhəd Xidmətinin hesabında olan 8-10 milyon manat vəsaiti bankda talayıblar. Sonra da Etibar Əliyevlə Zal Yusifov bu işləri ortaya saldılar ki, dövlətin mənimsənilən həmin pulunu gizlətsinlər. Bu məsələlər araşdırılmalıdır. Mövlam Şıxəliyev niyə gizlənir? Dövlətə xəyanət edib. Akif Çovdarov bir az abırlıdır, bir neçə epizodu etiraf edir, onun şərəfi var. Amma bunlarda şərəf yoxdur”.

Vüsal Ələkbərov istintaqın qərəzli aparıldığını deyib: “Bizdə konkret məlumatlar var ki, xeyrimizə ifadə verilib. Həmin ifadələr müstəntiq tərəfindən işə əlavə edilməyib. Buna görə də həmin ifadələrin istintaq orqanından tələb edilməsini istəyirik”.

Sonra digər zərərçəkən Mehrac Qurbanovun epizodu üzrə şahidlər dindirilib. Heydər Qurbanov 10 min, Kərim Tağıyev isə 18 min manat M.Qurbanova verdiyini deyib.

Məhkəmə prosesi fevralın 23-də davam etdiriləcək.



Xəbər 2190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +