“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


13.02.2017  12:30 

Göyçayda ŞOK TALAN: Bələdiyyə sədri sakinlərin torpaq sahələrini bu cür məhv edir - VİDEO





A+  A-


Göyçay rayon Mirzəhüseyinli kənd sakinləri XəzərNews.az-ın elektron ünvanına şikayət məktubu göndərib.

Həmin məktubu olduğu kimi təqdim edirirk?

Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun cinayət əməllərinə görə məhv olur. Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün 1986-cı il tarixdə sovetlər dönəmində Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilmişdir. Həmin boru vasitəsi ilə biz Mirzəhüseyinli kənd sakinləri əkinlərimizi rahatca sulayırdıq.Mirzəhüseynli bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikkel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək texnikalarla qazıb çıxartdırıb satıb talan etmişdir. Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə eilmişdir. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırıldı texnikalar əkin yerlərini qazıb taxılı məhv etmişdir. Bu misli görünməmiş cinayətdir ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirmişdir.Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilmişdir.Qanunu sənədlərimizdə var.Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur ümüdümüz ancaq əkinçiliyə idi. Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik.Buda kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq. Bələdiyyə sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır.Buna görə də bu cinayəti bələdiyyə sədri qorxmadan törətmişdir. Bildiririk ki, cinayətkar bələdiyyə sədri barədə tədbir görülməsə Bakı şəhərinə Prezident Administrasiyasının qarşısına gedib sözümüzü prezident cənab İlham Əliyevə çatdıracayıq.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova müraciət edib xahiş edirik  talançılıq cinayəti törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Mirzəhüseyinli bələdiyyəsinin sədri Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görəsiniz. 

Azadov Vasif Nizami oğlu 

Mustafayev Vüqar Surxay oğlu 

Hacıyev Fərid Əlimuxtar oğlu

Əhmədov Tərlan Vidadi oğlu 

Soltanov Həmid Feyzulla oğlu 

Süleymanov Füzuli Süleyman oğlu 

Əliyev Coşqun Firuddun oğlu 

Əliyev Vüsal Firuddun oğlu 

 İsmayılov Amil Alik oğlu 

Soltanov Zabit Eynulla oğlu

İsmayılov Nicat Etibar oğlu                                                                                                                                                                                   

Qurbanov Çingiz Qalib oğlu

Kərimov Araz Qüdrət oğlu

İsmayılov Symur Miri oğlu

İsmayılov Tufan Ehtiram oğlu 

Əliyev Rafiq Təvəkkül oğlu (050) 718-08-57



Xəbər 1794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +