Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


09.02.2017  11:31 

“Bu, şəxsən Sarkisyanın üzünə şillədir” - İrəvanda aksiya





A+  A-


Yerevanda Belarus səfirliyinin qarşısında aksiya keçirilib.

XəzərNews.az azadliq.org-a istinadən xəbər verir ki, Belarusun Ermənistandakı səfirliyi qarşısında Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına qarşı etiraz aksiyası keçirilib. Aksiyanı müxalif Yolk (Çıxış) seçki bloku təşkil edib.

“Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan baş vermiş hadisəni “gizli addımların aşkar nəticəsi” adlandırıb.

“Üzərində “Azərbaycan” yazılmış təyyarədən Lapşini maskalı və silahlı xüsusi təyinatlılar çıxarırlar. Hətta qatilləri də belə gətirmirlər. Bu, Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyana mesaj, onun üzünə şillə deməkdir. Bu şəxsən Serj Sarkisyanın üzünə şillədir. Bu şillələrin birini Əliyev, o birini Lukaşenka çəkib. Biz istəmirik ki, bu, həm də erməni xalqına şillə sayılsın. Biz deyirik: Belarus Respublikasının səfiri Ermənistan Respublikasının ərazisini tərk etməlidir. Ermənistan Respublikasının Minskdəki səfiri Yerevana qayıtmalıdır” – deyib Paşinyan.

“Vətəndaş müqaviləsi” müxalifət partiyasının lideri deyib ki, Ermənistanın bütün vətəndaşları, deputatlar və rəsmilər Belarus səfirini boykot etməli, məsələn onunla qəbullarda nümayişkəranə şəkildə salamlaşmamalı və ya ondan açıq şəkildə ölkəni tərk etməsi tələb olunmalıdır.

Paşinyan deyib ki, hətta boykotu da “sivilizasiyalı” etmək lazımdır.

Bu aksiyada iştirak edən Respublika partiyasının lideri Aram Sarkisyan deyib ki, o baş verənlərdən iki nəticə çıxarıb.“Birinci nəticə Belarusa aiddir. Elə təkcə o fakt ki, Belarus öz səfirliyini burda, Qagik Tsarukyanın “bostanının” ayağında açıb, artıq Minskin bizim ölkəmizə münasibətini göstərir. Mənim gəldiyim ikinci nəticə Rusiyaya aiddir. Bütün hallarda Lapşin Rusiyanın vətəndaşıdır. Əgər Rusiya öz vətəndaşının hüquqlarını müdafiə edə bilmirsə, sərhədlərimizi…Ermənistanın və bizim maraqlarımızı necə qoruyacaq? Bu çox ciddi nəticələrdir. Bu nəticələrlə bağlı, hazırkı hakimiyyət, bizim XİN qərarlar qəbul etməlidir” – deyib Aram Sarkisyan.

Öz növbəsində Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan Aleksandr Lapşinin Azərbaycana verilməsini özünün və səfirliyinin təqsiri saymadığını deyib. Azatutyun radiosu ilə müsahibəsində səfir onu ittiham edənlərə cavab olaraq deyib ki, səfirlik bu halda məsələni Belarus hökumətinin qarşısında qaldırmaqdan başqa heç nə edə bilməzdi.

Səfir deyib ki, hətta Rusiya və İsrailin xarici işlər nazirləri bütün səylərinə baxmayaraq blogerin Azərbaycana ekstradisiyasının qarşısını ala bilməyiblər. “Belə bir vəziyytədə səfir nə edə bilərdi?” – deyib Xaçatryan.

“Telefonda bunları demək istəmirəm, amma siz bu ölkəni yaxşı tanıyırsınız” – deyib Ermənistan səfiri.

Armen Xaçatryan bunu da əlavə edib ki, Lapşinin Azərbaycana verilməsinin mümkün nəticələrini Belarusun müvafiq orqanlarının nəzərinə çatdırıb.

O bir neçə il bundan əvvəl “erməni zabitini qəddarcasına qətlə yetirmiş şəxsin” Macarıstandan Azərbaycana verilməsini və sonradan bu adamın qəhrəmanlaşdırılmasını yada salıb.

Bununla belə Xaçatryan səfirin Minskdən geri çağrılmasını və bu kimi demarş addımların atılmasını məqsədəuyğun saymır.

“Biz diplomatik əlaqələrimizi saxlamalıyıq, çünki bir neçə beynəlxalq təşkilatlarda birlikdə fəaliyyət göstəririk” – deyib Ermənistan səfiri.



Xəbər 453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +