07.02.2017 13:57
2017-ci il martın 19-da 4-cü İslam Həmrəyliyi Oyunlarına biletlərin satışa çıxarılacağı tarixdir.
Bakı 2015 Avropa oyunlarında olduğu kimi, əhalinin bu mötəbər idman tədbirindən yüksək zövq alması məqsədi ilə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi biletləri münasib və əlverişli qiymətlərlə satışa çıxaracaq.
İki (2) manatdan başlayacaq qiymətlər əhalimizə 10 gün ərzində paytaxtımızda baş tutacaq idman yarışlarını rahat şəkildə izləməyə və oyunlardan zövq almağa imkan yaradacaq.
XəzərNews.az bildirir ki, ümumilikdə oyunlar zamanı, 20 idman növü üzrə 500.000-dən artıq biletin satışa çıxarılması nəzərdə tutulur.
İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərindəaçılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.
Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall -Ticarət Mərkəzləri daxildir.
Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.
IV İslam Həmrəyliyi oyunlarının baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov oyunlara 100 gündən də az bir vaxt qaldığı bu müddət ərzində görülən işlərdən söz açarkən qeyd edib ki, qarşıda duran əsas məqsəd əhalimizə unudulmaz bir idman tədbirini nümayiş etdirməkdir. Azad Rəhimov: “ Şəhərimizin demək olar ki, hər yerində bilet satışının təşkili, əhalimizin bu mötəbər idman yarışına marağının artmasına və sevdikləri idman növünü rahat şəkildə seyr etmələrinə şərait yaradacaq. Bizim üçün önəmli faktorlardan biri, əhalinin bilet əldə etməsində rahatlığını təmin etməklə bərabər, eyni zamanda biletlərin qiyməti baxımından da onların məmnunluğudur.”
Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN civarındadəyişəcək.16 yaşınadək uşaqlar 13 idman arenasında idman sessiyalarını pulsuz izləyə biləcəklər. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN, digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.
Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanışmərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100AZN arası dəyişəcək.
Nəzərinizə çatdıraq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının biletləri ilə bağlı son yenilikləri rəsmi vebsaytın müvafiq bölməsindən əldə edə bilərsiniz.
|
26.04.2024 16:49
26.04.2024 16:31
26.04.2024 16:18
26.04.2024 16:15
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
26.04.2024 14:11
26.04.2024 12:45
Ukraynalı rəssam İrina Benderovskaya Azərbaycan motivləri əsasında rəsmlər çəkir -VİDEO
26.04.2024 09:53
26.04.2024 09:48
26.04.2024 09:43
Sevinc Osmanqızı bizə qarşı da alçaqlıq etdi - Natiq Cəfərli - VİDEO
26.04.2024 09:01
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcəkmi? - ARAŞDIRMA
25.04.2024 19:46
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTOLAR
25.04.2024 11:51
25.04.2024 10:06
25.04.2024 09:51
24.04.2024 17:24
“Bölgə erməni hərbi qüvvələrindən təmizlənəcək“ - Millət vəkili
24.04.2024 12:19
24.04.2024 11:49
Diaspora siyasətindən razı deyilik... – MCP-nin Başqan müavini
24.04.2024 10:02
24.04.2024 09:34
23.04.2024 18:58
23.04.2024 18:49
23.04.2024 16:46
Ermənilər hər il kilsədə “timsah göz yaşları” tökür - Niderlanddakı diaspor rəhbəri
23.04.2024 14:23
23.04.2024 09:48
Azərbaycanlı milyonçunun irsi məhv edilir - Tarixi bina restorana çevrilib... - VİDEO
23.04.2024 08:21
22.04.2024 22:07
22.04.2024 15:34
22.04.2024 15:02
22.04.2024 12:46
22.04.2024 12:42
Ermənilər öz mövqelərinə hücum etdi - Tavuşda gərgin anlar - VİDEO
22.04.2024 10:17
Bu gün diasporalar arasında müharibə gedir... - Diaspora rəhbəri