İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.02.2017  14:47 

Əcnəbilər Azərbaycanda niyə qanunsuz ov edir?





A+  A-


Ötən il Azərbaycanda qanunsuz ovla məşğul olan 16 əcnəbi vətəndaş saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, saxlanılanların hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib: “Bununla yanaşı, həmin şəxslərin ölkədən deportasiya edilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət olunub”.

H.Əlizadə qeyd edib ki, xarici vətəndaşlarla yanaşı, ölkə vətəndaşları da qanunsuz ovla məşğul olurlar: "Keçirilən reydlər nəticəsində saxlanılan şəxslərin ova gəlməsi sübut olunarsa, onlar 1000 manatdan 2000 manata qədər cərimələnir, əgər həmin şəxs ovla yaxalanıbsa, vurduğu heyvana görə əlavə cərimə ödəyir. 2016-cı ildə ölkədə 213 yerli vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb. Onlardan ümumilikdə 193 ov tüfəngi, 632 patron aşkar edilərək götürülüb. Həmin şəxslər ümumilikdə 193 min 317 manat cərimə edilib".

Nazirlik rəsmisi deyib, Azərbaycana xarici ölkələrdən, xüsusən də ərəb ölkələrindən ova gələnlər var: "Həmin şəxslər Azərbaycanda ov sahəsində fəaliyyət göstərən şirkətlərin vasitəsilə gəlir. Bu şəxslərin ov qaydalarına riayət etməsi barədə nazirliyə müraciət edən şirkətlər öhdəlik götürür və onları qaydalarla təlimatlandırır. Ötən il 200 nəfər xarici vətəndaş Azərbaycanda ov etmək üçün icazə alıb”.

H.Əlizadə ov mövsümü üçün tətbiq edilən limiti də açıqlayıb: "Ötən il yerli vətəndaşlar üçün quş ovuna 700, dovşan ovuna 580, çöl donuzu ovuna 16, Dağıstan turunun ovuna isə 10 icazə verilib. Ötən il quş, dovşan və digər heyvanların ovlanması üçün xarici vətəndaşlara verilən icazələrin sayı isə 200 olub".

 



Xəbər 1352 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +