Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.03.2024  16:38 

Sual kitabçaları iştirakçılara niyə verildi?





A+  A-

Xəbər verdiyimiz kimi, bu il ilk dəfə olaraq buraxılış imtahanında sual kitabçaları iştirakçılara təqdim olunub. İmtahan iştirakçıları yeniqaydanı alqışlasa da, bu, ötən ilin abituriyentlərinin narazılığına səbəb olub.

Xəzərnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Bakıvaxtı.az-a danışarkən məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, əvvəlcədən elan olunduğu kimi, artıq buraxılış imtahanlarında sual kitabçaları iştirakçılara təqdim olunub. Həmçinin imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların izahı da yazılı şəkildə DİM-in saytına yerləşdirilib:

“Bütün bunlar, əlbəttə, şəffaf və obyektiv imtahanın göstəriciləri kimi qiymətləndirilməlidir. Bilirsiniz ki, imtahandan əvvəl proqram, eyni zamanda imtahan modeli “Abituriyent” jurnalının müvafiq buraxılışlarında dərc olunub. İmtahanın məzmunu ilə əlaqədar bütün məlumatları əvvəlcədən təqdim edirik. Kitabçaların verilməsi və tapşırıqların izahı iştirakçıların öz imtahan nəticələrini təhlil etməsinə şərait yaradacaq”.

X.Xanlarzadə deyib ki, kitabçaların imtahan iştirakçılarına təqdim olunmasının səbəblərindən biri də DİM-də artıq zəngin test bankının formalaşmış olmasıdır:

“Bu illər ərzində Mərkəzin test bankına kifayət qədər tapşırıq daxil edilib. Həmçinin yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası və s. işlərlə məşğul olan mütəxəssislər yetişdirilib. Ona görə də istər imtahan iştirakçıları, istərsə də, ekspert-müəllimlərin maarifləndirilməsi, bu sahəyə verilə biləcək töhfənin artırılması üçün DİM tərəfindən bu ildən etibarən kitabçaların iştirakçılara verilməsi ilə bağlı müvafiq qərar qəbul olunub”.



Xanlar Xanlarzadə, DİM-in Mətbuatla iş sektorunun müdiri

Omüəyyən imtahanlardan sonra sual kitabçalarının iştirakçılara verilməməsinin müxtəlif səbəblərinin olduğunu qeyd edib:

“İlk növbədə dünya təcrübəsində də kitabçaların imtahan verənlərə paylanılması nümunəsinə demək olar ki, rast gəlinmir. Həmin materiallar daha çox təşkilatın intellektual mülkiyyəti hesab olunur. Bundan əlavə, test bankının zənginləşdirilməsinə, yəni tapşırıqlarının hazırlanmasına kifayət qədər vəsait və əmək sərf olunur. İmtahanlarda hər bir test tapşırığının biliyin qiymətləndirilməsində oynadığı rol da təhlil edilir və bütün bunlar onun texniki pasportuna yazılır.

Tapşırığın etibarlılığı, validliyi, çətinlik göstəriciləri və sairlə bağlı dəqiq məlumatlar formalaşmış olur. Ona görə də kitabçalar verilməyəndə həmin tapşırıqların bəzilərinin uzun müddət keçdikdən sonra müxtəlif imtahanlarda istifadə edilməsi istisna edilmir.

Ancaq tapşırıqlar iştirakçılara təqdim edildikən sonra onlar, əlbəttə, müvafiq bazadan çıxarılır və növbəti imtahanlarda test blokuna daxil edilmir”.

Xəbər 229 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +