Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.03.2024  13:20 

İmtahanlar bitdi, iddialar başladı...





A+  A-

Dövlət İmtahan Mərkəzi 3 və 10 mart tarixlərində buraxılış imtahanları keçirib.

Xəzərnews.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, birincidə 50 min 267, ikincidə isə 51 min 103 abituriyent öz biliyini sınayıb.

Hər il olduğu kimi, bu il də imtahanlardan sonra müxtəlif iddialar səsləndirilib. Kimi imtahanların ötənilkindən daha asan olduğunu, kimisi də builki iki imtahan arasında fərqlər olduğunu iddia edir.

Təhsil eksperti Elmin Nuri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, builki imtahanlarda ötən illərlə müqayisədə müəyyən qədər müsbət dəyişikliklər var. Onun sözlərinə görə, artıq şagirdlər arasında qeyri-loyal hallara az rast gəlinir:

“İçəri “şparqalka”, telefon, ağıllı saat keçirilməsi hallarına az rast gəlinir. 3 mart tarixində yalnız 3 abituriyentdə belə bir hala rast gəlindi. Ötən həftə Dövlət İmtahan Mərkəzinin keçirdiyi tədbirdə mən də iştirak etdim. Orada Məleykə Abbaszasə bildirdi ki, artıq ötən illərə nisbətdə buraxılış və blok imtahanlarında açıq tipli situasiya suallarına daha yaxşı cavab verilir”.

Müsahibimiz qeyd edib ki, açıq tipli sualların tədbiq edildiyi ilk illərdə xeyli abituriyent, ümumiyyətlə cavab vermirdi:

“Nəticədə, cavabların yoxlanma prosesi daha asan və sürətli baş verirdi. İndi isə elə deyil. Birinci imtahandan 8 gün keçməsinə baxmayaraq, nəticələr açıqlanmayıb. Çünki yazı qabiliyyəti tələb edən açıq tipli suallar daha çoxdur. İkinci müsbət cəhət də budur. Ancaq bu o demək deyil ki, mənfilər yoxdur. Mən sosial şəbəkələrdə müxtəlif fənlər üzrə mütəxəssisləri yaxından izləyirəm. Məni məyus edən cəhət o oldu ki, peşəkar hesab etdiyim müəllimlərin fikri bir-birindən fərqlənir. Məsələn, bəziləri deyir ki, Azərbaycan dili fənni üzrə suallar ötənilkindən xeyl asan idi. Bəziləri də deyir ki, 10 mart 3 martdan daha asan idi. Bir qisim isə tamamilə əksini iddia edir”.



Elmin Nuri: Həqiqətən, bir gün keçirilən imtahan digər günkündən asandırsa, bu, kimlərinsə haqqını tapdamaqdır

Ekspertin sözlərinə görə, çoxluq onu deyir ki, 3 martda təşkil olunan imtahanlarda Riyaziyyat, Azərbaycan dili və Xarici dil fənləri üzrə salınan suallar ötənilkindən daha asan idi:

“Yəqin ki, bu, özünü açıq və situasiya tipli suallarda göstərib. Bir qism Riyaziyyat fənni üzrə olan sualların 10 martda 3 martdan daha asan olduğunu deyir. Burda artıq müəyyən çaşqınlıq yaranır. Həqiqətən, bir gün keçirilən imtahan digər günkündən asandırsa, bu, kimlərinsə haqqının taptanmasına gətirib çıxaracaq. Çünki hər iki imtahanda iştirak etmiş abituriyent tələbə olmaq uğrunda mübarizə aparır. Nəyə görə eyni səviyyədə suallarla biliklərini yoxlamasınlar? Əvvəllər qəbul imtahanları eyni vaxtda təşkil olunurdu, dünya dağılmırdı. İndi də elə olsun. Belə olarsa, “bu imtahan digərindən çətindir” kimi mübahisələr olmaz”.

Xəbər 195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +