Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


05.03.2024  12:37 

İcra başçılarının həbsi niyə dayandı?





A+  A-

Ötən gün Gəncə şəhər icra hakimiyyəti başçısının iki müavini və Gəncə şəhəri İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdirinin saxlanılması ilə bağlı xəbərlər yayıldı. Sonradan bu xəbərlər təsdiqlənməsə də, icra başçılarının qanunsuz əməlləri ilə bağlı məsələni yenidən gündəmə gətirdi.

Qeyd edək ki, işdə qanunsuzluqlara yol verən icra başçılarının həbsi son zamanlar dayanıb. Halbuki cəmiyyətdə əksər icra başçılarının fəaliyyəti ilə bağlı münasibət birmənalı deyil. Əksər insanlar bəzi icra başçılarını rüşvət, korrupsiya və digər qanunsuz əməllər törətməkdə ittiham edərək, onların yenidən məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Böyük Azərbaycan Partiyasınının sədri Elşad Musayev bildirib ki, icra başçılarının qanunsuz əməlləri çoxdur:

“Bir xəstəliyi müalicə etmək üçün ilk öncə o xəstəliyin səbəbini tapmaq lazımdır. Azərbaycanda yerli icra hakimiyyətləri Ayaz Mütəllibovun dövründən qalan əsasnaməyə əsasən fəaliyyət göstərir. İcra hakimiyyətləri faktiki olaraq heç kəsə hesabat vermir. İcra başçısı olduqları rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də onların təqdimatı ilə təyin edilir. Yəni öz istədikləri şəxsləri həmin vəzifələrə gətirirlər. Təəssüflər olsun ki, onlar “gözü çıxmış qardaşdan” nümunə götürmür. Eyni zamanda bəzi icra başçılarının qanunsuzluqları cəmiyyətdə ciddi dərəcədə narazılıqla qarşılanır”.

Elşad Musayev qeyd edib ki, idarəetmə sistemində köklü dəyişikliklər edilməlidir:

“Düşünürəm ki, biz ilk növbədə idarəetmə sisteminin özündə islahat aparmalıyıq. Yerlərdə idarəçiliyə rəhbərlik edən şəxslər mütəmadi şəkildə hesabatlı olmalıdır. Ona görə də özünüidarəetmə orqanlarının, yəni bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Əlavə olaraq, yerli icra hakimiyyəti orqanlarında ən çox 5-7 nəfər çalışmalıdır. Onlar da fəaliyyətlərinin qanunvericiliyə zidd olub-olmaması ilə bağlı müntəzəm hesabat təqdim etməlidir. Bizdə icra hakimiyyəti orqanları üçün böyük bir aparat qurulub, onlara geniş səlahiyyətlər verilib. Yerlərdə əsas səlahiyyətlər bələdiyyələrdə olmalıdır. Çünki yerli özünüidarəetmə orqanı 5 ildən bir seçilir və xalqın iradəsindən asılıdır. Dünyanın bir çox ölkəsində bu nümunə mövcuddur. Mən seçkilər dönəmində də qeyd etmişdim ki, ölkədə konstitusion islahatlara ehtiyac var. Düzdü, əvvəlki dövrlərə nisbətən icra hakimiyyətlərinin qanunsuzluqları ilə bağlı faktlar nisbətən azalıb, amma əhalinin istəyi odur ki, vəzifəsindən sui-istifadə edən kim varsa, onlar cəzalandırılsın”.



Xəbər 389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +