Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


01.03.2024  16:57 

“Lay-lay balam a lay-lay” silsiləsindən….





A+  A-

İşdən yorğun gəlmişdim evə. İş günün gərgin havası, gələn telefon zəngləri, maillər, cavablandırılması gərəkən bəzən çox mənasız və boş sulallar lap yormuşdu məni. Evə gedib bir balaca istirahət etmək üçün az qala dəqiqələri sayırdım. Hələ axşam iş vaxtının bitməsinə baxmayaraq əlimdəki işi bitirmək inadkarlığı və bir yandan da şam yeməyinin vaxtının ötməsindən mədəmdə baş qaldıran ağrı məni lap birtəhər eləmişdi.

Nəhayət işi bitirib evə gəldim. Allah verəndən bir tikə yeyib eyvandan sərin havada bir balaca dincəlmək istəyirdim ki, telefonuma gələn zəng buna imkan vermədi. Bu zəng məni bir neçə adamla əlaqə saxlayıb müəyyən məsələləri dəqiqləşdirməyə sövq etdi. Saata diqqət yerirərkən gördüm ki, yarım saatdan artıqdır işlə bağlı məsələri həll edirəm. Sakitçilik, rahatlıq tapmaq axtarışında olarkən havanın soyuq olmasını və həyətdə adamların az olmasını nəzərə alaraq bir az açıq havada gəzməyi qərara aldım.
Paltarımı geyinib, telefonumu evdə qoyaraq həyətə düşdüm. Bir paket tum alıb məhəllədə asta yerişlə gəzməyə başladım.

Məhəllədə adamların olmaması məni sevindiridi açığı. Saktçilik, sükut içində heç olmasa 20 dəqiqə vaxt istəyirdim. Amma …

Oturacaqların birində əyləşib səssizliyi dinləmək istədim bir az. Əsən cənub küləyinin hərəkətə gətirdiyi yarpaqların səsi sanki insana lay-lay çalırdı. Evlərdən həyətə düşən şüalar kölgələr üzərndə heyratamiz bir parıltı yaradırdı. Arada gözləri parıldayan pişiklər, məhəllə itləri ətrafımda dolaşsa da onlara o qədər də əhəmiyyət vermirdim. Yaxınlıqdakı zibil qutularından gələn səslər isə heyvanların “şam yeməkləri” üçün bir balaca “alış-veriş” etdiklərindən xəbər verirdi. Ətrafi dinlədikcə bir balaca rahatlıq tapdığımı düşünürdüm. Amma bu səssizliyi pozanlarda tapılmışdı bu gecə. 5-ci binanın blokunun nömrəsini deyə bilmərəm, amma 4-cü mərtəbəsində yaşayanlar eyvanda hansısa ailəvi məsələnin müzakirəsini elə hündür səslə müzakirə edirdilər ki, küləyin səsi belə onların səsindən bəzən zəif olurdu. Bu hay-küyə qulaq şahidliyi etmək o qədər də xoş deyildi. Az keçmədi ki, 1-ci mərtəbədə yaşayan qonşumuzun çığırtısı mənim səssizlik sevdamı deyəsən əlimdən alırdı. Qadının yüksək səslə evdə çıxışları, bəzən isterikaya düşməsi, kiməsə qarşı “yağlı” söyüşlər yağdırması mənim əhvalımı getdikcə korlayrdı. Bir az daha yerimdə oturmağı qərara aldım, amma qonşuların səsləri muhitə hakim olmağa başlamışdı deyəsən. 15 dəqiqə səbr etdikdən sonra yerimi dəyişməyə qərara aldım. Binanın qabağı ilə bir az gəzişdim. Addımladıqca mənzillərdən gələn fərqli səs tonları arasında aqqresiv əsəbi problemli danışıqların çoxluğunu sezdim. Yalnız bir blkoun qabağından keçərkən 2-ci mərtəbədə qalanların evindən nəsə xeyir işə hazırlıq getməsi və ya ona bənzər hadisəyə hazirlıq getdiyini eşitdim. O da ki, eyvana siqaret çəkməyə çıxan 2 nəfər yaşlı ağsaqqalın söhbətindən və içəridəki səs-küydən. Allah mübarək eləsin. Mənə çox xoş təsir bağışladı bu gördüklərim. O anda nələr keçdi ürəyimdən bilirsiz heç?

Vallah düz sözümdü, ammma istədim ki, əvvəlki natahatçlıq, əsəbilik, nigarançılıq tonları ucalan evlərdən bax belə xoş, insanın kefini əhvalı yüksəldən səs-sədalar eşidəm.

Əlbəttə, problem həmişə var. Amma problemi problem kimi qarşılamaq da lazim deyil məncə. Onu bir az optimist, bir az sakit tərzdə, bir az alçaq səslə mubahisə edərək yox, çıxış yollarını müqayisə edib düzgün qərar verərək dəf etmək olar.

Əsəbi davranış, qışqır-bağır heç də həmişə çıxış yolu deyil.

Belə düşüncələrə dalarkən saatın artıq gecə yarı olduğunu gördüm. Hava üşüyəcək dərəcədə soyumuşdu artıq. Evlərin işıqları get-gedə sönməyə başlamışdı. Məhləyə qaranlıq öz hökmranlığını ələ almağa nail olmuşdu deyəsən. Blokumuza çatarkən 2-ci mərtəbəyə təzə köçmüş qonşumuzun iməkləyən övladının simasında təbəssüm yaradacaq gülüş səsləri mənə yağ kimi yayıldı.

Qapını açıb evə girərkən isə artıq hamı yatmışdı. Otağımı aydınlatan isə pəncərədən düşən ay işığından başqa bir şey deyildi. Amma bu işıq özlüyündə belə yeni günə aparan bir cığır idi. O çığırı getmək üçün isə sadəcə yenidən ayılmaq üçün yatmaq lazım idi. Yatağıma girib o işığın aydınlatdığı mənim 28 il əvvəl çəkilmiş şəklimə baxıdm.

Bayaqları qonşuda gülən körpənin səsi qulaqlarımda cingildədi. Üzümdə təbəssüm yarandı. Uşaq kimi sevinərək gözlərimi yumdum.

Səhər yuxudan məni telefonun “budilniki” oyatdı, artıq saat 7 idi…

Orxan Ordubadlıxan
Xəzərnews.az


Xəbər 297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +