Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


01.03.2024  15:44 

Biz bütün bunlara susmalıyıq?





A+  A-

Ukrayna döyüşməyə əsgər axtarır. Müharibə başlayan zaman “Azərbaycanın taleyi və müstəqlliyi Ukraynada həll olunur” deyən şəxslər gedib Rusiyaya qarşı niyə döyüşmürlər?!

Məskunlaşdığımız coğrafiyada və dünyada çox təhlükəli proseslər gedir. Əvvəldən başa düşürdük, hansı qütbün yanında olsaq, nələr itirib və nələr qazanacağımızı da hesablayırdıq. Hər hansı bir qütbün yanında olmaya bilərdikmi? Əsla! Bu, həmişə belə olub - Rusiyadan Azərbaycana yalnız bir təhlükə var: hərbi təcavüz! Başa düşürdük ki, bu təcavüzdən qurtulmağın yeganə yolu Rusiya ilə dostluqdan, müttəfiqlikdən keçir.

Bunun əksini etmək ölkəni intihara sürükləmək olardı.

Qərbin vəd elədiyi “demokratiya” (insan hüquqları adı altında yeritdiyi feminizm, LGTB və s.) naminə ölkənin müstəilliyini qurban verməli idik?! Amma 33 il əvvəl etdiyimiz səhvləri təkrarlamadıq. “Yeltsin hazırlaşsın, Kremli də fəth edəcəyik”, “Çin səddi qədim türklərə məxsusdur və Azərbaycan oranı geri qaytarmalıdır” və s . kimi sərsəmləmələr həmin vaxt Azərbaycanı param-parça etdi. Mərhum akademik Ziya Bünyadovla Çin səfirinin söhbətini xatırlayın. Səfir şairlərimizin, ziyalılarımızın Çin torpaqlarına olan iddiasından şoka düşmüşdü. Məsələ bundadır ki, biz bu bəyanatları Qarabağ kəndbəkənd işğal edilən zaman verir, bir neçə günə Təbrizi, Dərbəndi, Çin səddini alacağımızı iddia edir və dünyanı özümüzə güldürürdük. Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı və digərləri Çin səddini tələb edirdilər. Vahabzadənin oğlanları Rusiyanın kadrı idi, Ulutürk özünü də, övladını fəda etdi, Rüstəmxanlı isə bu gün ölkənin ən zəngin adamlarından biridir.

Qərbdən gələn təhdid isə daha təhlükəlidir. Bu məsələdə dost, müttəfiq olmaq da heç nəyi həll etmir. Əgər sənin ölkən mənəvi təcavüzə məruz qalmalıdırsa, bütün mental dəyərlər məhv edilməlidirsə, ediləcək. Hansı təcavüz daha təhlükəlidir?

Bu gün dövlət doğru addımlar atır. Amma həmin dövrdə bütün dünyaya pafos püskürən şəxslərin əksəriyyəti və onların mənəvi törəmələri yenə də gündəmdədirlər. Diqqət edin, 4-5 ildir Rusiyaya qarşı hücuma keçən şəxslər, media resurslarının hamısı ya keçmiş cəbhəçilərdir, ya millətçilərdir, ya da Qərbin ştatdankənar agenturası, qrantyeyənləri...

Ən maraqlısı odur ki, bu müddət ərzində bir hökumət nümayəndəsi Rusiyaya qarşı radikal mövqe tutmadı. Rusiyaya qarşı taktiki və vitrin hücum lazım idisə, millətçilərdən istifadə olundu. Daha bir maraqlı detal odur ki, bu millətçilərin əksəriyyəti ölkənin ən kriminal, imkanlı və ailəlikcə Rusiyaya bağlılığı şübhə doğurmayan deputatlardan birinin dostlarına çevrildilər. Bu gün barmağında bozqurd işarəsi tutan ictimai fəalların, jurnalistlərin əksəriyyəti həmin deputatla dostdur, yaxındır, ondan maddi olaraq faydalanırlar. Cənablar, kimlərin nəzarəti altında hansı çağırışları edirsiniz?

Bütün bunları demək mənə də xoş deyil, mən ölkəmdə insan hüquqlarının ən yüksək səviyyədə qorunmasının, ədalətin təcəlla etməsinin, heç kəsin şərlənməməsini istəmirəmmi? İstəyirəm! Amma Qərb bizə bunları vəd etmirdi. Bütün bunlar kosmetik tələblər idi. Rusiyanın ətrafında həlqə yaratmaq üçün Cənubi Qafqaz ölkələrini mənən işğal etmək lazım idi. Zaman göstərdi ki, dünyada ən güclü və öldürücü silah - demokratiyadır! Biz, bu tələyə düşmədik.

Bu gün Ukrayna adlı dövlət mövcudluğunu itirib, ölkə iki yerə bölünüb, yəhudilər Kiyevin ən əhəmiyyətli torpalarını özəlləşdiriblər, 22 milyon ukraynalı öz ölkəsini tərk edib, Cənubi Qafqaz boyda ərazi Rusiyanın nəzarətindədir. Bütün Qərb, NATO Ukraynaya fokuslanıb. ABŞ milyardlar ayırır, bu milyardlar isə Ukraynanı ölümcül hala salıb. Paralel olaraq, Qərb ölkələri Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham edir, İrəvanı silahlandırıb müharibəyə sürükləyir, sərhədlərimizə silahlı birləşmələr yerləşdirir. Biz bütün bunlara susmalıyıq?

Baqa bir tərəfdə, İsrail Qəzzada qətliam törədir, 5 kq çəkisi olan körpələri ağır raketlərlə külə çevirir, məscidlərimiz məhv edilir, qadınlar lüt-üryan küçələrdə güllələnir. Amma NATO-dan, ABŞ-dan, ümumən Qərb ölkələrinin heç birindən səs çıxmır. Sanki hər şey Ukraynada baş verir. Bəs, Fələstin?! Müsəlmanlar bu dünyanın bir parçası deyil? Bir çoxları hər nə qədər qəbul etməsələr də, amma İslam faktoru ən əhəmiyyətli faktordur.

Bu gün Rusiyada “Quran”ın yandırılması cinayətdir, amma hər il Avropa ölkələrində və polislərin mühafizəsi altında yüzlərlə “Quran” yandırılır.

Bu gün Azərbaycan Rusiyanın yanındadırmı? Belə də düşünmürəm. Biz, Şərq sivilizasiyasından yanayıq. Əslində bu gün dünyada baş verənlər məhz sivilizasiyaların müharibəsidir. Öz dəyərlərimizi kənara qoyub yad “keyfiyyət”ləri necə əz edə bilərik? Bu, mümkün deyil. Bu gün Rusiya ilə müttəfiq olan, amma sözün bütün mənalarında öz müstəqilliyini qorumağı bacaran yeganə ölkə məhz Azərbaycandır.

Bütün mövcud sistemlərdən imtina olunmalı, amma bütün mövcud sistemlərin pozitiv elementlərindən istifadə edərək ölkədə yeni və milli idarəçilik modeli yaratmalıyıq. Necə ki proses ona doğru gedir.

Samir Feyruzov

Xəbər 400 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +