Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


26.02.2024  19:58 

Macarıstan Azərbaycanla əlaqədar AŞPA sədrinə məktub ünvanladı





A+  A-

Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məktubda deyilib ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları və prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq. Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə və onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan, Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir.

Qeyd olunub ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılmış, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarmışdır. Bu mənada, biz hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır. Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir.

Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırıb. Bunun artıq qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib. Nemet əminliyini bildirib ki, belə bir addımın atılması Azərbaycana Avropa Şurasının məruzəçilərini ölkəyə dəvət etməyə və onların səfərini təşkil etməyə şərait yaratmaqla yanaşı, həmçinin Parlament Assambleyasını ölkədə keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyə də imkan verəcək.

Məktubun sonunda deyilib: “Qeyd olunanların fonunda, qış sessiyasında qəbul edilmiş 2527 (2024) saylı qətnaməyə bir daha etirazımızı ifadə edir, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına geri qaytarılması istiqamətində davamlı səylər göstərmək məqsədilə şəxsən özümün və həmkarlarımın dəstəyini təklif edirəm”.


Xəbər 246 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +