Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


26.02.2024  18:10 

Bakıda kirayə verilən ən bahalı mənzillər - 14 mindən başlayır





A+  A-

Bakıda aylıq kirayəsi hətta minlərlə manat olan bina evləri var. Belə evlərin ən son texnoloji avadanlıqlarla təchiz edildiyi bildirilir. Əsasən şəhərin mərkəzi hissələrindəki hündürmərtəbəli binalarda olan bu evlərin kirayə qiyməti dodaq uçuqladır.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu gün paytaxtda hətta 11-14 minə bina evləri kirayə verilir.

Belə evlərin yeri, mərkəzə yaxınlaşdıqca, təmirinə çəkilən xərc artdıqca qiyməti də artır.

Hazırda bazarda təklif edilən ən bahalı mənzil Səbail rayonundadır. Dəniz mənzərəli 8 otaqlı, 664 kvadrat metrlik lüks mənzil aylıq 14 min manata təklif olunur. Funikulyor və Xalça Muzeyinin yaxınlığında yerləşən bina 24 saat mühafizə olunur. Kirayəşinə pulsuz avto dayanacaq və dəniz panoraması vəd edilir. Dubleks mənzil təmirlidir və mebellərlə tam təchiz olunub.

Aylıq 11 min manata təklif edilən ev isə Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında yerləşir. 468 kvadrat metrlik mənzil 20 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzil ən lüks mebellərlə təchiz olunub. Vasitəçi 6 otaqlı evin qiymətini bahalı mebellərlə əlaqələndirib.

Siyahıda üçüncü sıranı 10 600 manata təklif olunan İçərişəhərdəki mənzil tutur.

Prezident Administrasiyası binası, Nazirlər Kabineti və Gülüstan sarayının yaxınlığında yerləşən yaşayış binası unikal yerləşməsi və füsunkar xarici görkəmi ilə əcnəbi qonaqlar, səfirlik əməkdaşları və diplomatik nümayəndələrə kirayə verilməsi məqsədilə inşa edilib.

Bina 9 mərtəbədən ibarətdir və mənzil yüksək zövqlə dizayn edilərək dəbdəbəli həyat tərzinə uyğunlaşdırılıb. Binadan dəniz kənarına və Alov Qüllələrinə gözəl panoram görüntüsü açılır.

Paytaxtda 8 500 manata da mənzil təklif edilir. Mənzil “Port Baku” elit yaşayış kompleksində yerləşir.

Mənzildə nəfis interyeri olan 6 otaq, mebel və məişət texnikası var. 30 mərtəbəli binanın 20-ci mərtəbəsində yerləşən mənzili kirayələşən şəxs idman zalı, hovuz və restoranlara çıxış əldə edir.

Ev sahibi sənədləşmə, avtomobil icarəsi, təmizlik işlərində lazımi köməkliyi göstərəcəyini vəd edib.













Xəbər 215 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +