Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


25.02.2024  16:09 

Ana Vətən Partiyası bəyanat yaydı





A+  A-

26 fevral 1992 -ci il Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli soyqırımdan artıq 32 il ötür. Ermənistan tərəfindən işğal olunmamışdan əvvəl 7000-dən çox insanın yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqrımına məruz qalması Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir.

Xəzərnews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu ifadələr Ana Vətən Partiyasının bəyanatında yer alıb.

"1991-ci ilin oktyabr ayından etibarən Ermənistan ordusu tərəfindən mühasirəyə alınan Xocalı şəhəri, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməkliyi erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Xocalı soyqırımı, Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi idi. Faciə nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıq və amansızlıqla öldürüldü. 1275 nəfər əsir və girov götürülərək ağlasığmaz işgəncələrə məruz qaldı. Bununla yanaşı hələ də əsir götürülmüş 150 nəfərin taleyi bu günədək məlum deyil. Ermənistanın Azərbaycana təcavüzü, hərbi və bütün cinayət tərkibli əməllər insan hüquqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Lakin çox təəssüf hissi ilə qeyd etməliyik ki, öz maraqları kontekstində istənilən qərarları anında qəbul edib tətbiqini həyata keçirən beynəlxalq təşkilatlar Xocalı faciəsi kimi dəhşətli hadisəyə hələdə lazımi səviyyədə hüquqi qiymət verməmişdir. Qarşılaşdığımız bütün neqativ hallara baxmayaraq Azərbaycan Respublikası xalq, ordu və Ali Baş komandan birliyi nəticəsində işğal altındakı əraziləri, o cümlədən Xocalı şəhərini azad etməklə ədaləti bərpa etdi, tarixi zəfər qazandı. Eyni zamanda, işğalda və cinayətlərin törədilməsində iştirakı olan bəzi separatçılar Azərbaycan hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq bu gün ədalət qarşısında cavab verirlər. Tarixi qələbəmiz dəhşətli faciənin ağrı-acısını qəlbində daşıyan şahidlər başda olmaqla xalqımız üçün qürur və iftixar mənbəyi oldu.

Ana Vətən Partiyası Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin xatirəsini dərin hüznlə anır, Uca Yaradandan onlara rəhmət diləyir" - bəyanatda deyilir.


Xəbər 209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +