Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


24.02.2024  22:25 

Mədəniyyətimizin yeni erası





A+  A-

Qırx dörd günlük Vətən müharibəsində çox hiyləgər, “arxalı” düşmən üzərində qazandığımız Böyük Zəfər son üç onillikdə Ümummillli Liderimiz Heydər Əliyev və cənab Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl atılan siyasi addımların düzgünlüyünün təsdiqi, görülən işlərin yüksək keyfiyyətinin göstəricisidir. “Siz kimsiniz?”- sualına bəlkə də bütün tariximiz boyu ən tutarlı cavabımızdır. Varlığımızın dayaq nöqtəsidir, istinadgahıdır. Bundan belə, hər söhbətimizi onun adı ilə başlamalı, hər kəlməmizi işığından keçirməliyik.


Təsadüfi deyil ki, dövlət başçımız çıxışlarında, müsahibələrində həmin möhtəşəm hadisəyə həmişə böyük önəm verir. 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində şanlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində də bu Zəfərdən qürurla danışdı, 2018-ci ildəki analoji tədbirdə bu barədə dediyi sözü xatırlatdı: “Verdiyim vədlər arasında, təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi... O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir... Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik...”.

Müharibə hər hansı idman yarışması, rəsm, musiqi müsabiqəsi deyil ki, bəzən təsadüfən də rəqibi üstələyəsən. Burada təpədən dırnağa qədər sılahlanmış düşməndən söhbət gedir və yalnız güclü olmaqla qələbə qazana bilərsən. Gərək ciddi çalışıb, hərtərəfli hazırlaşasan ki, nəhayətdə qüdrətli ordu yaradasan... İyirmi faiz münbit ərazisini itirmiş, yəni təbii sərvətlər ehtiyatının xeyli hissəsinə əli yetməyən, bir milyon qaçqınlı, köçkünlü ölkə üçün bu iş nə qədər çətin, qeyri-real görünsə də, möhtərəm Prezidentimizin bəsirəti, müdrik siyasəti sayəsində belə bir möcüzəni gerçəkləşdirməyi bacardıq. Fikrimizi onun 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi sözlərlə ifadə edək: “Biz, bütün gücümüzü səfərbər edib bu hədəfə doğru gedirdik, biz, hər gün, hər saat bu müqəddəs günü yaxınlaşdırırdıq...”.

Möhtərəm Prezidentimiz məqamında verdiyi qərarlar, sərəncamlar əsasında Azərbaycanın inkişafına dinamiklik gətirdi. Bütün sahələri paralel olaraq canlandırdı. Gənclərin fiziki hazırlığını yüksəldən idman qədər də onların ruh mənbəyi hesab edilən ədəbiyyat, mədəniyyət və incəsənət üçün münbit şərait yaratdı.

Olimpiya İdman Kompleksləri və stadionlarla yanaşı yaradıcılıq mərkəzləri, kino və konsert zalları, teatr binaları inşa etdirdi. Nəticədə, mükəmməl fiziki tərbiyə ilə mənəvi zənginliyin vəhdətində qəhrəman oğullar yetişdirməyə nail oldu...

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu işə dəstəyi böyükdür. Muğam Mərkəzinin, Xalça Muzeyinin yaradılmasında, Dövlət İncəsənət Muzeyinin, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Tarix Muzeyinin tamamilə yeni üslubda təmir olunmasında rolu misilsizdir.

Onun təşəbbüsü ilə müxtəlif incəsənət növləri üzrə açılan sərgilər, keçirilən musiqi festivalları, Muğam müsabiqələri çoxşaxəli əhəmiyyətə malikdir. Məqsəd, təkcə yeni istedadları üzə çıxarmaq, milli dəyərimizlə beynəlxalq aləmi tanış etmək deyil. Gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsi də var həmin sırada... Belə tədbirlər “Sorma vətən nədən yaxşıdır”,- deyə həzin avazı ilə döyüşçü yoldaşlarına zövq, inam bəxş edən Xudayar kimi igidlərin sayının artması üçün vəsilə oldu. Və qələbə qazandıq. Artıq görəcəyimiz növbəti işlər barədə düşünə bilərik.

Möhtərəm Prezidentimiz Azərbaycanımızın işıqlı gələcəyini sınaqdan uğurla çıxmış şərəfli yolumuzun davamında, özünü doğrultmuş fəaliyyətimizin təməlində görür: “Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, saf olsunlar...”.

Qələbəni qazanmaq qədər də onu qoruyub saxlamaq zəka, güc tələb edir. Xüsusən, dünyanın belə gərgin çağında. Beynəlxalq təşkilatların, bir çox böyük dövlətlərin hadisələrə ikili standartla yanaşdıqları zamanda. Görünür, onlar bizim kimi müstəqil siyasət yürüdən, qüdrətli tərəfdaş olan bir ölkənin inkişafını həzm edə bilmirlər. Ermənistan kimi zəif, əfəl, sərbəst düşünməyə öyrəşməmiş oyuncaq dövlət lazımdır ki, havadarlıq edib, nəfslərini regionumuza yönəltsinlər... Prezidentimizin gələcəyimizdə görmək istədiyi, “milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq, kənar təsirlərə uymayan saf gənclərimiz” bu maneələri dəf etməli, Böyük Zəfəri həyat normamıza çevirməlidirlər. Belə bir iri miqyaslı işin öhdəsindən gəlmək üçün ilk növbədə özləri böyük amala sahib vətəndaş olmalıdırlar.

Biz, ölkə başçımızın bu tövsiyəsini çağırış kimi qəbul etməliyik: “Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun...”. Nurlu sabahımız naminə, taleyimizə qələbə gətirmiş dünənimizdən qat-qat çox səy göstərməliyik.

Bu yolda sənət adamlarının xüsusi cavabdehlik payı var. Ulu Öndərin “Mədəniyyət hər şeydən üstündür” - kəlamını xatırlatsaq, məsuliyyətimiz bir az da artar. Gör, nə qədər həyata keçirilməli olan mənəviyyatla bağlı məsələlər, layihələr bizi gözləyir. İşğal edilmiş torpaqlarımızı geri qaytarandan sonra, meydanımız, imkanımız gör nə qədər genişlənib. Yazıçı və şairlərimizin, dramaturqlarımızın, bəstəkarlarımızın, rejissorlarımızın, rəssamlarımızın, heykəltaraşlarımızın, memarlarımızın yaradıcılıq fəaliyyəti üçün gözəl şərait yaranıb. Qəhrəmanlığımızından, qəhrəmanlarımızdan bəhs edən yeni-yeni romanlar, povestlər, şerlər, pyeslər, operalar, mahnılar, filmlər, tamaşalar, rəsmlər, heykəllər, abidələr... ərsəyə gətirmək olar.

Yazmalıyıq, bəstələməliyik, çəkməliyik, qurmalıyıq! Bu adi bir istək deyil. Tariximizin tələbi, şəhidlərimizin əbədiləşmək, qazilərimizin, müharibə veteranlarımızın sayğı görmək, qiymətləndirilmək haqqıdır...

Möhtərəm prezidentimizin vurğuladığı kimi, qələbədə xalq olaraq az-çox hamımızın zəhməti var. Dərs dediyim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu baxımdan həmişə ön cərgədə olub. Təsadüfi deyil ki, qocaman ali məktəbin 100 illiyi dövlət səviyyəsində qeyd edildi.

Rektorumuz, əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Ceyran xanım Mahmudovanın rəhbərliyi ilə universitetimizdə böyük nizam-intizam hökm sürür. Mədəniyyət və incəsənətin ayrı-ayrı ixtisasları üzrə keyfiyyətli mütəxəssislər hazırlanıb, respublikamızın müxtəlif guşələrinə işləməyə göndərilir...

Çalışdığım, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İradə xanım Xəlilovanın dekanı olduğu Musiqi sənəti fakültəsi və Xalq artisti, dosent Teyyub Aslanovun müdiri olduğu Muğam sənəti kafedrasının pedaqoji kollektivi musiqişünas alim, ustad xanəndə və müğənnilərdən təşkil edilib. Əsas işimiz tədris olsa da, fəaliyyətimizi təkcə bununla məhdudlaşdırmırıq. 44 günlük Vətən müharibəsi dövründə əsgər və zabitlər qarşısında konsertlər verməklə doğma Aərbaycana, ordumuza xidmət göstərdik...

Möhtərəm Prezidentimiz 14 fevral andiçmə mərasimində: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”,- dedi. Adət və ənənələri yaxın olan bu ölkələr, deməli, mədəniyyət, incəsənət dili ilə də biri-birilərini asan başa düşəcəklər. Deməli, yeni dövrdə fəaliyyətimiz üçün yeni-yeni imkanlar açılacaq.


RUZƏ İBİŞOVA,

Xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Muğam sənəti kafedrasının baş müəllimi, doktorant


Xəbər 356 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +